Tarix : 2024 May 09
Kod 64777

35-ci Tehran Beynəlxalq Kitab Sərgisi işə başlayıb

Ölkənin ən böyük illik mədəni tədbiri olan 35-ci Tehran Beynəlxalq Kitab Sərgisi bu gün, çərşənbə günü, mayın 8-də Tehranın İmam Xomeyni (r.ə.) müsəllasında işə başladı.
arannews:irna-“Oxuyaq və quraq” şüarı ilə 35-ci Tehran Beynəlxalq Kitab Sərgisi mayın 8-dən 18-dək İmam Xomeyni (r.ə.) müsəllasında fiziki olaraq və ketab.ir platformasında isə virtual formada keçiriləcək.

Tehran Beynəlxalq Kitab Sərgisində 2 min 619-dan çox naşir iştirak edir. Bu il bütün nəşriyyatlar qapalı məkanda yerləşir.

Sərgidə ümumilikdə 60-a yaxın xarici nəşriyyat iştirak edir və bu nəşriyyatlar sərgiyə 50 minə yaxın adda xarici kitab gətiriblər.

  • Yazılıb
  • da (də) 2024 May 09
  • Göndərən رضا رستمی