Tarix : 2024 Apr 26
Kod 64767

Rəisi: Dəməşqdəki terror hücumu şəhidlərinin qanı sionist rejimin rüsvayçılığına səbəb oldu

Prezident sionist rejimin İran İslam Respublikasının Dəməşqdəki konsulluğuna hücumu nəticəsində şəhid olmuş Əli Ağababayinin evində deyib: “Bu şəhidlərin pak qanı müqavimət cəbhəsinin izzət və qüruruna, cinayətkar rejimin isə bölgədə rüsvay və zəlil olmasına səbəb oldu.”
arannews:irna-Ayətullah Seyid İbrahim Rəisi Şri-Lankaya bir günlük rəsmi səfərdən qayıtdıqdan sonra cümə axşamı Tehranın cənub-qərb məhəllələrinə səfər edib, sionist rejimin İran İslam Respublikasının Dəməşqdəki konsulluğuna hücumu zamanı şəhid olmuş hərəm müdafiəçisi Əli Ağababayinin evində olub, bu şəhid ailəsi ilə görüşərək səmimi söhbət edib.

Prezident bu əziz şəhidlərin ölkənin və regionun təhlükəsizliyini qorumaq kimi böyük missiyanı yerinə yetirərkən ən alçaq insanlar tərəfindən şəhid edildiyini bildirərək əlavə edib: “Bu şəhidlərin pak qanı müqavimət cəbhəsinin izzət və qüruruna, cinayətkar rejimin isə bölgədə rüsvay və zəlil olmasına səbəb oldu.”

Prezident sionist rejimin bu cinayətinə İslam Respublikası Silahlı Qüvvələrinin iqtidarlı cavabına işarə edərək deyib: “Şübhəsiz ki, bu əziz şəhidlərin əməlləri və qanlarının bərəkəti son nəticədə bu şər və cinayətkar rejimin tamamilə məhvinə səbəb olacaqdır.
  • Yazılıb
  • da (də) 2024 Apr 26
  • Göndərən رضا رستمی