Tarix : 2024 Apr 24
Kod 64764

Prezident Pakistan ordusunun komandanı ilə görüşündə: İran və Pakistan silahlı qüvvələri arasında əməkdaşlığın gücləndirilməsi sülh və sabitlik amilidir

Pakistan Ordusunun baş komandanı İran İslam Respublikası prezidentinin bu ölkəyə rəsmi səfəri çərçivəsində Ayətullah Rəisini ziyarət edib.
arannews:irna- Pakistan ordusunun baş komandanı general “Seyid Asim Munir” İran İslam Respublikası prezidentinin bu ölkəyə rəsmi səfəri çərçivəsində Seyid İbrahim Rəisini ziyarət edib. 

Hər iki tərəf regional sabitlik və iqtisadi tərəqqi naminə birgə cəhd göstərməklə ikitərəfli əməkdaşlığın gücləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər. 

Seyid İbrahim Rəisi həmçinin vurğulayıb: İran və Pakistan silahlı qüvvələr arasında əməkdaşlığı gücləndirməklə iki xalqa və regiona sülh və sabitlik gətirə bilər. 

Pakistan ordusunun baş komandanı İran-Pakistan sərhədini “sülh və dostluq sərhədi” adlandırıb və terrorçuların iki qonşu ölkə arasında çoxdankı və qardaşlıq münasibətlərini təhlükəyə atmasının qarşısını almaq üçün ümumi sərhəd boyunca koordinasiyanın təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

  • Yazılıb
  • da (də) 2024 Apr 24
  • Göndərən رضا رستمی