Tarix : 2018 May 28
Kod 55396

Fələstinlilər ərəb liderlərinin şəkillərini yandırdı - FOTO

Livanın Burc Əl-Beracinə düşərgələrində yaşayan Fələstinl vətəndaşları "Böyük Qayıdış Yürüşləri" ilə həmrəyliklərini açıqlamaq üçün Qəzza zolağında etiraz aksiyası keçiriblər.

Arannews-FaktXəbər-in Fələstin mediasına istinadən məlumatına görə, etiraza qoşulan fələstinli qrupların rəsmiləri - "Xalq Cəbhəsi" nümayəndəsi Fuad Zahir, "İslamı Cihad" təmslçisi Əsəd Mahmud, "Fələstin Azadlıq Cəbhəsi"nin nümayəndəsi Əbu Vail İbrahim və "Həmas" nümayəndəsi Qasım Əbu Xəlil etiraz aksiyasında Qüdsün Fələstinin paytaxtı olaraq qalacağını deyiblər. Onlar Fələstin xalqının qayıtmaq və müqavimət hüququnu bildirəcəklərini və Amerikanın "Əsrin Müqaviləsi" adı altında İsrail-Fələstin sülh məsələsində planlarını həyata keçirməsinə icazə verməyəcəklərini açıqlayıblar.

Bu etiraz aksiyasının sonunda Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd Bin Salman və Dubay vəliəhd şahzadəsi Məhəmməd İbn Rəşidin şəkilləri yandırılıb və ABŞ prezidenti Donald Tramp və Bin Salmanın maketlərinə də ayaqqabı atıblar, sonra isə yandırıblar.

Fələstinlilərin vətənlərinə qayıtmaq hüququnun vurğulandığı "Böyük Qayıdış Yürüşləri" 30 martda başlayıb və hələ də davam edir.

  • Yazılıb
  • da (də) 2018 May 28
  • Göndərən مدير سايت Aran News