Tarix : 2016 Dec 15
Kod 50947

Vilayəti: "Azərbaycan və Ermənistan arasındakı problem tezliklə həll olunacaq"

İslam İnqilabı Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri: "Əgər Azərbaycan və Ermənistan istəyərsə, İran Dağlıq Qarabağ münaqişəsində vasitəçi ola bilər".
Arannews- “İran Qarabağ münaqişəsində vasitəçi ola bilər”
 Bunu İslam İnqilabı Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri və İslami Oyanış Assambeleyasının baş katibi Əli Əkbər Vilayəti deyib.
 Ə. Ə. Vilayəti ümid etdiklərini bildirib ki, Azərbaycan və Ermənistan arasındakı problem tezliklə həll olunacaq: “Biz həmişə problemin və iki qonşu ölkənin ixtilafının dinc yolla həllinin tərəfdarı olmuşuq. Əgər tərəflər istəyərsə, İran Dağlıq Qarabağ münaqişəsində vasitəçi ola bilər. Ümid edirik iki ölkə arasındakı problem tezliklə həll olunacaq”.
 İranın nüvə sazişinə dair Hərtərəfli Birgə Fəaliyyət Planının icrasına nəzarət heyətinin də üzvü olan Vilayətinin sözlərinə görə, ABŞ İrana qarşı sanksiyaların müddətini uzatmaqla planın icrasını pozub: “Onlar həmişə özbaşına qərarlar qəbul etməyə öyrəşiblər və öz istədikləri meyarlara əsasən ölçü götürürlər”.

  • Yazılıb
  • da (də) 2016 Dec 15
  • Göndərən مدير سايت Aran News