Tarix : 2016 Nov 14
Kod 50740

Qarabağda silahlı insident baş verib

döyüş mövqelərindən birində yerləşən kiçik çavuş tabeliyindəki silahla qonşu postda növbə çəkən pulemyotçuya atəş açıb və onu öldürüb.
Arannews- Qarabağda silahlı insident baş verib.
hadisə Cəbrayıl istiqamətində Azərbaycan ordusu ilə üzbəüz yerləşən Ermənistan postlarının bir-birilə atışması nəticəsində baş verib.
Belə ki, rəsmi məlumata görə, döyüş mövqelərindən birində yerləşən kiçik çavuş tabeliyindəki silahla qonşu postda növbə çəkən pulemyotçu Vardan Arakelyana atəş açıb və onu öldürüb.
Faktla bağlı adı açıqlanmayan çavuş gözaltına alınıb.
Xatırladaq ki, işğal olmuş torpaqlarda yerləşən erməni ordusunda hərbi intizamın aşağı olması tez-tez silahlı insidentlərə səbəb olur.


  • Yazılıb
  • da (də) 2016 Nov 14
  • Göndərən مدير سايت Aran News