Tarix : 2016 Apr 04
Kod 48390

Yerevanla Belarus arasında “Qarabağ” qalmaqalı

Dağlıq Qarabağda baş verən son gərginlik Ermənistanla Belarus arasında ciddi qalmaqal yaradıb.
AranNews- Belarus XİN-inin dünənki bəyanatından sonra Minskin Yerevandakı səfiri İqor Nazaruk Ermənistan XİN-ə çağrılıb. Nazir müavini Şavarş Koçaryan ona erməni tərəfinin narazılığını çatdırıb.
Xatırladaq ki, aprelin 2-də Minsk Dağlıq Qarabağda atəşkəsin pozulması ilə bağlı bəyanat verib. Bəyanatda bildirilir ki, münaqişə ərazi bütövlüyü, süverenlik və dövlət sərhədlərinin pozulmaması şərti ilə həllini tapmaıdır. “Münaqişə BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında həll olunmalıdır”, -deyə Belarus XİN-in bəyanatında vurğulanıb.
Ermənistan Belarus səfirinə bildirib ki, belə bəyanat erməni-belarus əlaqələrinin ruhuna uyğun deyil və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində üzərinə götürdüyü öhdəliyə ziddir.
  • Yazılıb
  • da (də) 2016 Apr 04
  • Göndərən مدير سايت Aran News