Tarix : 2011 Apr 18
Kod 22414

HACIQABULUN AXUNDU HƏBS OLUNUB

Hacı Vaqif hakimiyyəti tənqid etdiyinə görə saxlanılıb
Azərbaycan servisi/Aran agentliyi

Hakimiyyət son günlər gərginləşən vəziyyəti sabitləşdirməyə çalışır. Lakin bu zaman istifadə etdiyi vasitələr o qədər aqressivdir ki, nəticə etibarı ilə proseslər özünə qarşı çevrilir. Eyni zamanda, əhalidə ciddi narazılıq yaradır. Dünən daha bir belə hadisə baş verib. Aldığımız məlumatlara görə, dünən Hacıqabul məscidinin axundu Hacı Vaqif polis tərəfindən saxlanılaraq həbs olunub. Həbsin səbəbi isə axundun bir neçə gün bundan əvvəl hakimiyyəti sərt şəkildə tənqid etməsi olub.  

  • Yazılıb
  • da (də) 2011 Apr 18