Tarix : 2014 Feb 09
Kod 41903

Sionizm, Qərb və Rusiyadan asılı ünsürlər İranın Qarabağ probleminin həllinə yardım etməsindən nigarandırlar

Sionizm, Qərb və Rusiyanın tabeliyində olan ünsürlər İran İslam Respublikasının livanlı və fələstinli mübarizlərə kömək modeli ilə Qarabağın azadlığı yolundakı mübarizlərə də kömək etməsindən son dərəcə nigarandırlar

 

Sionizm, Qərb və Rusiyanın tabeliyində olan ünsürlər İran İslam Respublikasının livanlı və fələstinli mübarizlərə kömək modeli ilə Qarabağın azadlığı yolundakı mübarizlərə də kömək etməsindən son dərəcə nigarandırlar.

Azərbaycan Respublikası hökumətinin Tehrana rəsmi etirazla  beynəlxalq Qarabağ konfransının Təbrizdə keçirilməsinə mane olması və onun qarşılığında xalq fəalları və Qarabağ məsələsinə ürək yandıranların qeyri-rəsmi yığıncaqlar keçirmələrinin ardınca bir müddətdir ki, sionizm, Qərb, Rusiya və MTN-in tabeliyində olan sayt və portallar bundan nigarandırlar ki, İran Livan və Fələstin məsələlərindəki himayə modelini Qarabağ məsələsində də işlətsin.

Əcnəbilərin tabeliyində olan bu saytlarda İranın dəstəyi ilə Qarabağ məsələsinin həlli üzrə fəalların əleyhinə gedən oxşar yazılarda açıq hörmətsizliklə yazılıb:    

" İran kəşfiyyatı tərəfindən yemlənən, maliyyələşdirilən bir sıra qurumlar Təbrizin ən dəyərli “qonaqlar”ı olublar. Ötən ilin ortalarında İran tərəfindən Bakıda yaradılmış “Azad Qarabağ Uğrunda Alyansı”na daxil olan “Qarabağ Azadlıq Təşkilatı”, “Azərbaycan İslami Müqavimət Birliyi”, “Azərbaycan İslam Partiyası”, “Qarabağ Qazilər Birliyi”, “Vətən Müharibəsi Əlillər Cəmiyyəti”, “Milli Mədəniyyətin Təbliği Cəmiyyəti”, “Əsgər Analarına Dəstək Birliyi”, “Qarabağ Müharibəsi Veteranları və Əlilləri Cəmiyyəti”, “Məşəl” Cəmiyyəti”, “Mina Qurbanlarına Dəstək Birliyi” təşkilatları bu il iyun ayının 25-29 aralığında Təbriz Universitetinin dəvəti ilə İranda səfərdə olublar. Burada İranın kəşfiyyat, hərbi, radikal islamçı və digər strukturları ilə görüşləri zamanı “Qarabağın işğalı İslam Dünyasına ağır bir zərbədir” ideyası altında Azərbaycanın Fələstinə, Bakının da Beyruta çevrilməsi, fələstinliləşdirmə strategiyası ortaya qoyulub.”

Qarabağın azadlığı uğrunda hər cür xalq hərəkəti ilə müxalif olan ünsürlər əlavə ediblər:

"Tehran və Qum tipli mərkəzlərdən idarə olunan İran mollakratiya rejiminin strateji hədəfi Azərbaycanda “Yeni Müxalifət Hərəkatı”nı yaratmaq, daha sonra, onların yedəyində silahlı mübarizəni inkişaf etdirmək və bunun ardınca demokratik hərəkatın inkişafının qarşısını almaqdır”!!

 

 

 


  • Yazılıb
  • da (də) 2014 Feb 09