Tarix : 2013 Nov 09
Kod 40817

Bakının Təbriz konfransı ilə müxalifəti Qarabağ uğrunda mübarizə aparan təşkilatların da təəccübünə səbəb olub

Azərbaycan Respublikası dövlətinin Təbrizdə Qarabağ məsələsinin araşdırılması üzrə konfransın keçirilməsi ilə müxalifəti Azərbaycan Respublikasında Qarabağ yolunda mübarizə aparan təşkilatların da təəccübünə səbəb olub

Azərbaycan Respublikası dövlətinin Təbrizdə Qarabağ məsələsinin araşdırılması üzrə konfransın keçirilməsi ilə müxalifəti Azərbaycan Respublikasında Qarabağ yolunda mübarizə aparan təşkilatların da təəccübünə səbəb olub.

Zira indiyədək Azərbaycan Respublikasında belə təsəvvür olunurdu ki, bütün hökumət və qeyri-hökumət təşkilatları daxil olmaqla bütün siyasi cinahlar Qarabağın azadlığı uğrunda səy barədə fikir birliyinə malikdirlər. Xüsusən Azərbaycan Respublikasında xalq və qeyri-hökumət təşkilatları daim bu ölkə rəsmilərinin belə təkidlərinin şahidi olurdular ki, Qarabağ məsələsinin həllinə yardım üzrə hər cür addımı və ya azı Azərbaycan R. xalqının Qarabağ məsələsindəki hüquqlarının açılıb deyilməsi üzrə hər bir hərəkəti rəğbətlə qarşılayırlar.

Belə bir halda, Təbriz konfransında iştirakçıların Azərbaycan Respublikasının Qarabağ ilə bağlı haqlı hüquqlarına təkid edəcəklərinin tamamilə aydın olduğu bir şəraitdə son dərəcə inanılmaz bir halda, Azərbaycan Respublikası hökuməti bu konfransla müxalifət etdi və onun keçirilməsini əngəllədi.

Rəsmi Bakının Qarabağ konfransının keçirilməsinə mane olmasının səbəbləri haqda bir neçə cəhətə diqqət yetirmək lazımdır.

Bakının bu konfransın keçirilməsinə mane olması elə bir şəraitdədir ki, Minsk Qrupunun həmsədrləri Azərbaycan Respublikası və Ermənistanın prezidentləri- İlham Əliyev və Serj Sarkisyanın cari ayda görüşmələrinin təşkil edilməsindən xəbər veriblər. Bu, onu göstərir ki, Bakı Əliyev-Sarkisyan görüşünün Minsk Qrupu həmsədrlərinin istədikləri atmosfer və məcrada keçirilməsinə çalışır, halbuki Minsk Qrupu həmsədrlərinin istədikləri Azərbaycan R-nın milli maraqlarının ziddinə və separatçı ermənilərin Qarabağa yiyələnmələrinin möhkəmləndirilməsi istiqamətindədir.

Amma, Təbrizdə Qarabağ Konfransının təşkil edilməsi elə bir atmosfer yarada bilərdi ki, Azərbaycanın Qarabağa olan hakimiyyət haqqına təkid edilsin və Azərbaycan və Ermənistan başçıları da diqqət göstərməli idilər ki, belə bir atmosferdə Qarabağ xüsusunda müzakirə edirlər.

Bakının Qarabağ Konfransının keçirilməsi ilə müxalifət etməsi xüsusunda digər mühüm məsələ İranın Qarabağ məsələsində Azərbaycana etdiyi yardımların tarixçəsidir.

Qarabağ münaqişəsinin kulminasiya nöqtəsində olduğu bir şəraitdə İran İslam Respublikası Azərbaycan Respublikası xalqının köməyinə tələsdi və humanitar yardımlarla yanaşı hərbi baxımdan da gözəçarpacaq yardımlar etməyə başlamışdı ki, işğal olunmuş əraziləri ermənilər və rusların işğalından azad etsin.

Amma, Azərbaycan Respublikasının keçmiş prezidenti Heydər Əliyev qısa zaman ərzində İran İslam İnqilabı Keşikçiləri Korpusu qüvvələrinin Azərbaycan Respublikasını tərk etmələri və onun Azərbaycandakı hərbi təlim mərkəzlərinin bağlanması haqda göstəriş verdi. Ondan sonra Bakı rəsmiləri və mediaları İranı ermənilərə yardım etməkdə ittiham etməyə başladılar və hələ də bu əsassız iddialara təkid edirlər.

Amma, son zamanlar İran  və Azərbaycanda bir sıra ictimai və mədəni qurumların iştirakı ilə  Təbrizdə Qarabağ Konfransının keçirilməsi istiqamətindəki son təşəbbüs Qarabağla bağlı İrana qarşı iddiaların puç olduğunu bir daha ortaya qoymuş oldu. Belə bir şəraitdə Bakının bu konfrans ilə müxalifət etməsi düşündürücüdür .

 


  • Yazılıb
  • da (də) 2013 Nov 09