Tarix : 2013 Nov 06
Kod 40803

Mərziyə Əfxəm:Qarabağ Konfransı Bakının etirazının ardınca təxirə salınıb

rəsmi Bakı bu məsələdən xəbərdar olduqdan sonra, bu məsələyə etiraz etdi və konfrans təşkilatçı qurum tərəfindən təxirə salındı

rəsmi Bakı bu məsələdən xəbərdar olduqdan sonra, bu məsələyə etiraz etdi və konfrans təşkilatçı qurum tərəfindən təxirə salındı

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Təbrizdə Beynəlxalq Qarabağ Konfransının keçirilməsi fikrinin bir qeyri-hökumət təşkilatına aid olduğunu bildirərək, konfransın rəsmi Bakının etirazının ardınca təxirə salındığını deyib .

 Xanım Mərziyə Əfxəm öz həftəlik brifinqində Beynəlxalq Səhər Kanalı müxbirinin sualına cavab olaraq deyib: Bir qeyri-hökumət təşkilatı bu konfransı keçirmək niyyətində olub. Amma, rəsmi Bakı bu məsələdən xəbərdar olduqdan sonra, bu məsələyə etiraz etdi və konfrans təşkilatçı qurum tərəfindən təxirə salındı. Bundan artıq məlumatımız yoxdur .

 İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin, Bakıda sionist rejim səfirliyinin yanından keçdiyi üçün həbs edilən İran vətəndaşı barəsində də deyib: İranın Bakıdakı səfirliyi İsrailin Bakıdakı səfirliyinin yaxınlığından keçdiyi üçün həbs edilən İran vətəndaşının vəziyyəti ilə yaxından maraqlanır .

Xanım Mərziyə Əfxəm əlavə edib: Bu məsələ medialaşdırılıb. Bizim bu hadisə ilə bağlı tam məlumatımız yoxdur. Buna görə də bu xəbərə istinad etmək olmaz. Amma, Bakıdakı səfirliyimiz məsələni araşdırır və sözü gedən hadisənin həqiqət olub-olmadığının dəqiqləşdirilməsinin ardınca lazımi məlumatlar diqqətə alınacaq . 

 


  • Yazılıb
  • da (də) 2013 Nov 06