Tarix : 2013 Nov 05
Kod 40797

Beynəlxalq Qarabağ Konfransının elmi katibinin indiyə kimi açıqlamadıqları

Azərbaycanın qəbuledilməz hərəkətinə etiraz olaraq konfransın təxirə salınması

Artıq, 20 il bundan qabaqkı dövr deyil ki, həm İran dövlətinin və xalqının hərtərəfli yardımlarından faydalanalar, həm də İran əleyhinə təbliğat aparalar.

 

Konfransın təşəbbüskarları nə Azərbaycanın mediasının qarayaxmaları, nə də diplomatiyasının etirazına görə konfransın keçirilməsini təxirə salmamışdır. Çünki bu konfrans dövlət tərəfindən təşkil edilməmişdi ki, onun təşəbbüskarları Azərbaycan dövlətinin istəyinə uyğun olaraq konfransı təxirə salmağa məcbur olsunlar. Bu təxirə salma, Azərbaycan dövlətinin qəbuledilməz hərəkətinə ciddi bir etirazdır.

 

Bu konfransı Azərbaycan dövlətinin zərərinə deyildir, üstəlik Azərbaycanın ərazi bütövlüyünün, bu ölkənin və xalqının milli maraqlarının dəstəklənməsi proqramı istiqamətindədir.

 

Bu konfransın keçirilməsinin şərti və ümumiyyətlə İran xalqı tərəfindən atılan hər dəstək hərəkəti Azərbaycan tərəfinin sədaqəti və İranın daimi köməklərini etiraf etməsi ilə şərtlənir.

Azərbaycan dövləti təbii şəraitdə bu konfransı qarşılamalı idi. Əlbəttə, bir neçə ay öncə də bu işi etmişdi. Azərbaycan Xarici İşlər Nazirliyinin bu konfransa son etirazı gözlənilməyən və Qarabağın işğalda qalmasının davamını istəyən dairələrin təsiri altında olması kimi dəyərləndirilir. Azərbaycan Respublikasında bəzi şəxslər və anti-İran dairələr öz şəxsi və xırda maraqlarını ölkənin milli maraqlarından üstün tuturlar.

AranNewsin məlumatına əsasən, Beynəlxalq Qarabağ Konfransının elmi komitəsinin katibi müxbirlərə verdiyi müsahibəsində konfrans və onun keçirilməsinin təxirə salınması barədə maraqlı məlumatlar verib.

- 6 noyabrda Təbriz Universitütinin Vəhdət salonunda keçirilməsi nəzərdə tutulmuş konfrans Azərbaycanın mediasının və Xarici İşlər Nazirliyinin qədirbilməməzliyi üzündən onların öz nəzərlərini islah etmələri vaxtına qədər təxirə salındı. Bu konfrans İran və Azərbaycan ölkələrinin universitet adamları, ziyalı və tədqiqatçıları, habelə KİV-i üçün o qədər əhəmiyyətlidir ki, məqalə toplanışının elan edilməsindən qısa bir müddət ərzində çoxlu məqalə və tədqiqatlar katibliyin ünvanına göndərildi və konfransın təxirə salınmasın xəbəri İran və Azərbaycan mətbuatının önəmli xəbər başlıqlarından birinə çevrilib və konfransın təxirə salınmasının səbəbləri barədə çoxlu nəzərlər müzakirə mövzusu olub. Bu üzdən ictimai fikri işıqlandırmaq üçün bir neçə məsələni burda açıqlamağı lazım bilirik. Baxmayaraq ki, konfransın elmi komitəsi və katibliyi öz bildirişində, habelə konfransın hörmətli sədri öz müsahibəsində konfransın hədəfləri və onun təxirə salınma səbəbləri barədə məlumat vermişdir.

- Qeyri-dövlət konfransı olan Beynəlxalq Qarabağ Konfransının öz işinə başlamasının elan edilməsindən iki həftə öncəyə yəni, Azərbaycanın bəzi medialarının bu konfrans barədə qara piarları başlamazdan qabaq sözügedən konfransın keçirilməsini öz siyasətləri və milli maraqlarına zidd bilən İran İslam Respublikasının qonşu ölkələrdən biri konfransın keçirilməsinə qarşı müxtəlif yollarla öz etirazını bildirmişdi. Ölkəmizin Xarici İşlər Nazirliyi bu etirazı konfransın elmi katibliyinə çatdırmışdı. Lakin konfransın keçirilməsi qeyri-dövlət elm və mədəniyyət mərkəzlərinin təşəbbüsü olduğundan və bu konfrans Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi istiqamətində, habelə, BMT-nin bu barədə qətnamələrini xatırlatmaq məqsədi daşıdığından onun keçirilməsi prosesində heç bir dəyişiklik edilmədi və konfransın təşəbbüsçüləri öz işlərini müstəqil surətdə həyata keçirirdilər.

- Xoşbəxtlikdən müxtəlif təşkilatların həmkarlığı və konfransın layiqincə və vaxtında keçirilməsi istiqamətində təşkilatçılarının ciddi səyləri nəticəsində, onun müqəddimə işləri, o cümlədən konfransın keçirilmə yerinin təyini, məqalələrin abstraktlarının hazırlanması, xarici qonaqların konfransa dəvət edilməsi və s. həyata keçirildi.

- Təqribən iki həftə bundan qabaq həmişə Azad Qarabağ Uğrunda Alyansın Təbrizə səfəri barədə müsbət yazan Azərbaycanın bəzi media və mətbuatı (Olaylar, Gundem Xeber və s.) konfrans barədə qara piarlarla hücuma keçdilər və bu konfransın təşəbbüsçülərini təəccübləndirdi.

- Bir tərəfdən konfransda iştirak edəcək bəzi azərbaycanlı qonaqların dövlət məmurları tərəfindən təhdid edlilməsi və onların İrana səfər etmələrinə qadağa qoyulması xəbəri, digər bir tərəfdən də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin konfransın keçirilməsinə gözlənilməz və qəbul edilməz etirazı konfransın təşəbbüsçülərini onun vaxtını təxirə salmağa məcbur etdi.

- Bəzi iranlı və azəri ekspertlər öz qeydlərində Azərbaycanın diplomatiyasının etirazına görə konfransın vaxtının gecikdirilməsini məntiqsiz yanaşma adlandırıblar və Azərbaycanda anti-İran tədbirlərinə qarşı İran diplomatiyasının etirazını da məntiqsiz adlandırıblar.

Beynəlxalq Qarabağ Konfransının təşəbbüskarları belə ekspertlərə, habelə İran və Azərbaycan xalqlarına bildirir ki, bu konfransla Azərbaycandakı anti-İran konfransları müqayisə etmək mümkün deyil. Bu konfrans anti-Azərbaycan olmamaqdan əlavə, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, bu dövlətin özünün və xalqının milli maraqlarının qorunması istiqamətindədir. Ona görə də konfransın təşəbbüskarları Azərbaycan tərəfindən etiraz yox, təşəkkür gözləyirdilər.

- Yuxarıda qeyd edilənlərdən bu məsələ aydın olur ki, konfransın təşəbbüskarları nə Azərbaycanın mediasının qarayaxmaları, nə də diplomatiyasının etirazına görə konfransın keçirilməsini təxirə salmamışdır.Çünki bu konfrans dövlət tərəfindən təşkil edilməmişdi ki, onun təşəbbüskarları Azərbaycan dövlətinin istəyinə uyğun olaraq konfransı təxirə salmağa məcbur olsunlar. Bu təxirə salma, həmişə İranın dövlət və xalqının dəstəyini istəyən Azərbaycan dövlətinin qəbuledilməz hərəkətinə ciddi bir etirazdır.

Konfransın təşəbbüskarları özlərinin icra edilməsi lazım olan önəmli işlərinin çox olmasına baxmayaraq, Azərbaycan Respublikasının qeyrətli müsəlman xalqının haqqını müdafiə etmək məqsədilə bu konfransı keçirməyi öhdələrinə almışdılar. Ona görə də Azərbaycan tərəfinin təşəkkürünü, yaxud bu ölkənin anti-İran dairələrinin fikrini nəzərə almır. Azərbaycan dövlət rəsmilərinə xatırlamaq lazımdır ki, artıq Azərbaycanın təzə müstəqillik qazandığı 20 il bundan qabaqkı dövr deyilki, İran dövlətinin və xalqının hərtərəfli yardımlarından faydalanalar, həm də İran əleyhinə təbliğat aparalar. Hal-hazırda bu konfransın keçirilməsinin şərti və ümumiyyətlə İran xalqı tərəfindən atılan hər dəstək hərəkəti Azərbaycan tərəfinin sədaqəti və İranın daimi köməklərini etiraf etməsi ilə şərtlənir.

- Əlbəttə, konfransın təşəbbüskarları Azad Qarabağ Uğrunda Alyansın üzvlərinin, bəzi siyasi partiyaların başçılarının, bir çox mətbuat və qələm əhlinin, hətta Azərbaycanın bəzi rəsmilərinin şəxsi nəzərlərində müsbət yanaşmaya diqqət etmişdir və bu müsbət nəzərlərə görə konfransı ləğv etməmiş və təkcə onun keçirilməsini gecikdirməklə kifayətlənmişdir.

- Konfransın təşəbbüskarları Tehran Universitetində keçirilən "2010 Benəlxalq Konfransında"Azərbaycan Respublikasının səfirinin İran Prezidentinin Parlament müavininə İranın universitet və mədəniyyət mərkzlərinin Azərbaycan müsəlmanlarını dəstəkləmsi və ermənilərin işğalına aşkar etiraz etmək xahişini, habelə bütün rəsmi görüşlərdə azəri tərfin İran rəsmilərindən buna oxşar xahişlərini onlara xatırladır və bildirir ki, hətta onların xahişləri belə sədaqətlə yanaşı olmamışdır.

- Hamısı yüksək səviyyəli universitet müəllimləri və mədəniyyət fəalları olan konfransın təşəbbüskarları digər ölkələrin daxili işlərinə dəxalət etməməyin əhəmiyyət və lüzumuna tam şəkildə vaqifdirlər və heç vaxt beynəlxalq qayda-qanun və konvensiyaların əksinə əməl etməyə çalışmayıblar. Eyni halda onlar ölkəmizin qonşuluğunda yerləşən və İranın iki qonşusu arasında olan hələ də qəti və tam bir nəticəyə çatmayan, aqibətinin iki ölkədən başqa İrana da təsiri olan bir konfliktin elmi araşdırmasını digər ölkənin daxili işlərinə qarışmağın nümunəsi hesab etmirlər. Hatta konfliktin hər iki tərəfin İran İslam Respublikasının bu münaqişədən maddi və mənəvi ziyan çəkməsini etiraf ediblər.

- Konfransın təşəbbüskarları, Beynəlxalq Qarabağ Konfransına qarşı mənfi hərəkətlərin arxasında dayanan əsas rəsmi və qeyri-rəsmi amilləri Qarabağın işğalda qalmasının davam etməsini istəyən və müdafiə qüvvələr hesab edir. Çox təəssüf olsun ki, bu qüvvələrin Azərbaycanın siyasi, iqtisadi, mədəni və KİV kimi əsas hissələrində lobbiləri vardır. Azərbaycan Respublikasında bəzi şəxslər və anti-İran dairələr öz şəxsi və xırda maraqlarını ölkənin milli maraqlarından üstün tutdular.

- Beynəlxalq Qarabağ Konfransının təşəbbüskarları ölkəmizin Azərbaycan Respublikası ilə münasibətləri yaxşılaşdırmağa çalışan, hətta onların mehriban olmayan rəftarlarına ürək genişliyi ilə dözən xarici siyasətini dəstəkləməklə yanaşı ümid edirlər ki, İran İslam Respublikasının diplomatiya rəsmiləri Azərbaycanın Xarici İşlər Nazirliyinin Beynəlxalq Qarabağ Konfransına qarşı diplomatik və gizlədilməsi mümkün olmayan etirazı barədə aydın şəkildə məlumat versinlər ki, İran və Azərbaycanın ictimai fikri öz ölkəsinin bu məsələyə necə yanaşması barədə bilsinlər.

 

 


  • Yazılıb
  • da (də) 2013 Nov 05