Tarix : 2013 Nov 03
Kod 40754

Azərbaycan R-da İranda Qarabağ beynəlxalq konfransının keçirilməsinə dəstəklər davam edir

İranda Qarabağ beynəlxalq konfransının keçirilməsinə dəstəklərin davamında Azərbaycan R. Vətəndaş və İnkişaf Partiyasının sədri- Əli Əliyev bu konfransın keçirilməsini müsbət addım adlandırıb.

Arannews - Əli Əliyev IRIB ilə müsahibədə deyib: Bu kimi elmi konfranslarda bir daha Azərbaycan R-nın Qarabağ məsələsindəki haqlılığı aydınlaşır və bu kimi təşəbbüslərə dəstək vermək lazımdır.

O, əlavə edib: Qarabağ beynəlxalq konfransında Azərbaycan R. ərazisinin işğal edilməsi reallığı iştirakçılar tərəfindən irəli sürülərək, pislənəcək və biz təcavüzə məruz qalmış tərəf kimi bu elmi konfransı müsbət və onların sayının artırılmasını da faydalı bilirik.

Azərbaycan R. Vətəndaş və İnkişaf Partiyasının sədri sonra söyləyib: Konfranslar çərçivəsində Qarabağ barədə müzakirələr faydalıdır, zira məsələnin beynəlxalq səviyyədə irəli sürülməsinə səbəb olur və Azərbaycan R-nın haqlılığı bir daha aydınlaşır.

Qeyd etmək lazımdır ki, tədqiqatçılar və universitet təmsilçilərinin iştirakı ilə Qarabağ haqda beynəlxalq konfransın keçirilməsi üzrə İranda qeyri-hökumət araşdırma müəssisələrindən birinin təşəbbüsü Bakıdakı anti-İran və millətçi dairələrin İranın Qarabağ münaqişəsi zamanı Azərbaycan Respublikasına olmuş yardımlarının ifşa olunmasından kəskin nigaran olmalarına səbəb olub.

Son günlər ərzində bəzi erməni mətbuat orqanı da İranın Azərbaycan R. ərazisinin bütövlüyü və Təbrizdə Qarabağ beynəlxalq konfransının keçirilməsini dəstəkləməsini tənqid edibdir. Beləliklə, Bakıdakı anti-İran və millətçi dairələr Qarabağ konfransı ilə müxalifətdə özlərinin Ermənistandakı düşmənləri ilə həmfikir olublar.

Bu hadisələrin ardınca Qarabağ beynəlxalq konfransının katibliyi və elmi komitəsi bir məlumat yayaraq, bu konfransın keçirilməsi zamanının təxirə düşdüyünü bildirib və belə qeyd edib: Bir neçə gün bundan qabaqdan az sayda azəri media Qarabağın işğalının davam etməsinin təfərdarı olan dairələrin təsiri altında bu konfransın hədəfləri barəsində qaralar yaxırdı ki, əsla qəbulediləsi deyil, digər tərəfdən, bu konfransa dəvət olunanların bəziləri naməlum məmurlar tərəfindən hədələniblər.

Bu məlumatın davamında deyilir: Bu halları nəzərə alaraq, eləcə də Azərbaycan R. XİN-in, keçirilməsinin bu respublikanın işğalınının pislənilməsi, habelə bu ölkənin ərazi bütövlüyü və istiqlaliyyətininin vurğulanmasından savayı heç bir hədəfi olmayan və Azərbaycan Respublikasının müsəlman xalqı tərəfindən son dərəcə rəğbətlə qarşılanan Qarabağ beynəlxalq konfransının təşkili ilə bağlı gözlənilməz qədirbilməməzliyinə reaksiyada hələlik daxili meylin əksinə olaraq, konfransın keçirilmə vaxtı təxirə salınır və ümid edilir ki, yaxın gələcəkdə Azərbaycan R-nın bəzi anti-İran medialarının münasibətlərinin dəyişməsi ilə bu respublikanın media mənsubları və ustadlarının iştirakı ilə konfransın layiqli surətdə təşkilinə zəmin yaranacaq.

  • Yazılıb
  • da (də) 2013 Nov 03