Tarix : 2013 Oct 31
Kod 40707

Beynəlxalq Qarabağ Konfransının elmi komitəsinin və katibliyinin mühüm BİLDİRİŞİ

Ümid edilir ki, yaxın gələcəkdə Azərbaycanın bəzi anti-İran medialarının yanaşmalarının dəyişməsi ilə universitet müəllimləri və mətbuat adamlarının iştirakı ilə layiqli bir konfrans keçirilməsi üçün şərait yaranacaq

AranNews - Beynəlxalq Qarabağ Konfransının elmi komitəsi və katibliyi bildiriş verərək bu konfransın keçirillməsinin təxirə salınmasını xəbər verib.

Bildirişin mətni belədir:

Beynəlxalq Qarabağ Konfransının elmi komitəsi və katibliyi bildirişi

İran və Qafqaz ölkələrinin, xüsusilə də Azərbaycan Respublikasının hörmətli universitet ustadları, tələbələri, tədqiqatçılarına, habelə ümumi xalqına məlum olduğu kimi Beynəlxalq Qarabağ Konfransı 2013-cü il 26 iyunda Təbriz Universitetində öz fəaliyyəti prosesini  başladı. Bu konfransın elanı üzrə təqdimat mərasiminin keçirilməsi ilə yanaşı konfrans Azərbaycan Respublikasının Qarabağ xalq təşkilatları məsul şəxslərinin iştirakı ilə keçirildi, daxili və xarici, xüsusilə Azərbaycan Respublikasının mediaları, elmi mərkəzləri və universitetləri tərəfindən layiqli şəkildə müsbət qarşılandı. Belə ki, təyin olunmuş zaman qrafikasında İran, Azərbaycan Respublikası, Rusiya və Türkiyə universitetlərindən 150-dən çox məqalə konfransın elmi komitəsinə göndərildi və münsiflər heyəti tərəfindən araşdırıldı. Konfransın təşkilat heyəti konfransın keçirilməsi üçün öz son hazırlıqlarını gördükləri, hətta məqalələrin abstraktları toplanmış jurnal hazır oldğu və digər əsas addımlar atıldığı bir halda Azərbaycan Respublikası tərəfindən bəzi xəbərlərin yayılması təəccüb və təəssüfə səbəb oldu.

Bir neçə gün öncə Azərbaycan Respublikasının az sayda mediası Qarabağın işğalının davam etməsinin tərəfdarı olan dairələrin təsiri altında bu konfransın məqsədlərini ləklələməyə çalışdılar. Digər tərəfdən Azərbaycan Respublikasının Qarabağ Azadlıq Təşkilatının bəzi məsul şəxsləri 2013-cü il 28 oktyabrda Azərbaycan dilli "Salamnews" sayı və bir neçə digər saytlarla müsahibədə Azərbaycan Respublikasının kimliyi bəlli olmayan məmurlarının Təbrizdə Beynəlxalq Qarabağ Konfransının azərbaycanlı qonaqlarına qarşı təhdidlərinin başlandığını bildirib və əlavə ediblər ki, qeyd olunan məmurlar deyiblər ki, sizin bu konfransa getmək haqqınız yoxdur!!!

Yuxarıda qeyd olunan halları nəzərə alaraq və Beynəlxalq Qarabağ Konfransının keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin gözlənilməyən qədrini bilməmək hərəkətinə reaksiya olaraq, işğalçılığı pisləmək, müsəlman Azərbaycan Respublikasının ərazi bütövlüyü və istiqlaliyyətini vurğulamaqdan başqa bir məqsədi olmayan və müsəlman xalqı tərəfindən tam müsbət qarşılanan konfransın keçirilməsi öz daxili marağının əksinə olaraq hələlik təxirə salınır.

Ümid edilir ki, yaxın gələcəkdə işğalçılığı dəstəkləyən lobbilərin təsiri altında işləyən və Azərbaycanın bəzi rəsmi dairələri tərəfindən himayə olan Azərbaycanın bəzi anti-İran medialarının yanaşmalarının dəyişməsi ilə universitet müəllimləri və mətbuat adamlarının iştirakı ilə layiqli bir konfrans keçirilməsi üçün şərait yaranacaq və bu ölkənin müsəlmanları, xüsusilə də Qarabağ köçkünləri onun müsbət və təsirli nəticələrindən faydalanacaqlar.

Aydındır ki, konfransın təşkilatçıları hal-hazırda bəzi məsləhətlərə riayət etmələri üzündən açıqlamağı lazım bilmədikləri məsələləri açıqlayacaqlar.

Beynəlxalq Qarabağ Konfransının elmi komitəsi və katibliyi

  • Yazılıb
  • da (də) 2013 Oct 31