Tarix : 2013 Oct 31
Kod 40703

Bakıda anti-İran dairələr Tabrizda Beynəlxalq Qarabağ Konfransının keçirilməsindən nigarandırlar

Bakıdakı anti-İran dairələr Qarabağ konfransına qarşı müxalifətdə Ermənistandakı düşmənləri ilə eyni fikirdə olublar

Təhqiqatçılar, universitet ziyalıları və alimlərin iştirakı ilə Qarabağ barəsində Beynəlxalq konfransın keçirilməsi istiqamətində İranın qeyri-hökumət mütaliələr müəssisələrindən birinin təşəbbüsü Bakıda anti-İran dairələrin kəskin nigaranlığına səbəb olub.

Xəbər mənbələrinin məlumatına görə, Qarabağ münaqişəsi zamanı və ondan sonra İranın Azərbaycan Respublikasına hərtərəfli köməklərin ifşa olunmasından nigaran olan irqçi və anti-İran dairələr bu konfransa qarşı qara piyara üz tutublar.

Yarandığı zamandan yalançılıqla İranı Ermənistanı himayə etməkdə suçlamağa çalışan irqçi Olaylar qəzeti iddia edib ki, Beynəlxalq Qarabağ Konfransı İranın məkrli planıdır və Tehran Qarabağı öz ərazisi elan etmək niyyətindədir.

Halbuki Beynəlxalq Qarabağ Konfransının elmi komitəsinin katibi doktor Məhəmməd Əli Pərğu Aran Xəbər Agentliyi ilə müsahibədə deyib ki, bu konfrans tarix və həqiqətlərin xeyrinədir. Çünki elm, tarixi və siyasi həqiqətlərlə Qarabağın məsələsini açıqlamaq istəyir.

Pərğu əlavə edib: Bizim əsas məsələlərimizdən biri budur ki, Azərbaycan hökuməti və xalqı öz dost və düşmənini tanısın və bilsin ki, hansı dövlət və xalq onlarla birlikdədir və hansı dövlət Azərbaycan qarşı siyasətləri yürüdür.

Bu məlumata əsasən son günlərdə bəzi erməni mətbuatı da İranın Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməsini və Təbrizdə Beynəlxalq Qarabağ konfransının keçirilməsini tənqid edib.

Beləliklə Bakıdakı anti-İran dairələr Qarabağ konfransına qarşı müxalifətdə Ermənistandakı düşmənləri ilə eyni fikirdə olublar
  • Yazılıb
  • da (də) 2013 Oct 31