Tarix : 2013 Oct 29
Kod 40668

Sionist lobbisi Azərbaycanda Beynəlxalq Qarabağ Konfransı əleyhinə çalışır

İndiyə kimi təkcə bir azəri mətbuatı onların istəyinə müsbət cavab vermiş və bu konfransın hədəfləri barədə əsassız materiallar dərc etmişdir

İndiyə kimi təkcə bir azəri mətbuatı onların istəyinə müsbət cavab vermiş və bu konfransın hədəfləri barədə əsassız materiallar dərc etmişdir.

AranNews - Azərbaycandakı məlumatlı qaynaqlardan redaksiyamıza daxil olan xəbərlərə əsasən, son günlər sionist rejimin Bakıdakı səfirliyinə bağlı adamlar bəzi media məsulları və Təbrizdə keçiriləcək Beynəlxalq Qarabağ Konfransında iştirak etmək istəyən universitet müəllimləri ilə əlaqə yaradaraq, onlardan konfransda iştirak etməmək və konfransın işini ləkələməyi istəyiblər. İndiyə kimi təkcə bir azəri mətbuatı onların istəyinə müsbət cavab vermiş və bu konfransın hədəfləri barədə əsassız materiallar dərc etmişdir.

Bu xəbərə əsasən, sionist lobbisi anti-İran addımlarında öz məqsədlərinə çatmaq üçün Azərbaycanın dövlət rəsmilərinə müraciət etmələri güman edilir.

Qeyd edək ki, İranın mədəniyyət və elmi mərkəzlərinin təşəbbüsü ilə qeyri-dövləti formada keçirilməsi nəzərdə tutulan Beynəlxalq Qarabağ Konfransının bu ilin iyun ayında Qarabağ Azadlıq Təşkilatlarının üzvlərinin iştirakı ilə açılışı oldu. Bu konfransın azəri mediası tərəfindən geniş qarşılanması, Azərbaycan rəsmilərinin bu barədə müsbət mövqeyi və bunun ardınca Azərbaycan-İran münasibətlərinin yaxşılaşması sionist rejimin narazılığına səbəb oldu. Ona görə də bütün yollardan istifadə edərək İran-Azərbaycan münasibətlərində gərginlik yaratmağa çalışırlar .

 

 


  • Yazılıb
  • da (də) 2013 Oct 29