Tarix : 2013 Aug 27
Kod 39995

Qarabağ Beynəlxalq Konfransına məqalə göndərilməsinin vaxtı uzadıldı

Qarabağ Beynəlxalq Konfransının elmi katibi bu konfransa məqalə göndərilməsinin vaxtının şəhrivər ayının sonuna (sentyabrın 21) kimi artırıldığını deyib.

AranNews - Redaksiyamızın Təbriz Universitetinin Tarix və Mədəniyyət İnstitutuna əsasən, verdiyi məlumatına görə Qarabağ Beynəlxalq Konfransının elmi katibi doktor Məhəmməd Əli Pərğu müxbirlərə verdiyi müsahibəsində konfransa məqalə göndərilməsinin vaxtının şəhrivər ayının sonuna (sentyabrın 21) kimi artırıldığını xəbər verib .

Doktor Pərğu konfransa məqalə qəbulunun İran, Azərbaycan və digər məntəqə ölkələrinin tədqiqatçı və müəllimləri tərəfindən geniş qarşılanmasını da bildirərək deyib: “İndiyə kimi məqalələrinin abstraktlarını göndərməyə bilməyən tədqiqatçılar və yazarlar öz yazılarını deyilmiş şərait əsasında sentyabrın 21-nə kimi konfransın elmi heyətinin e-mail ünvanına - conference.garabag@tabrizu.ac.ir göndərə bilərlər ”.

Tarix və Mədəniyyət İnstitutunun rektoru Qarabağ Beynəlxalq Konfransının bu ilin noyabrın 6-da Təbrizdə keçiriləcəyini bir daha diqqətə çatdırıb .

Qeyd edək ki, Qarabağ Beynəlxalq Konfransı İran İslam Respublikasının şimal-qərb bölgələrinin universitetləri, elmi mərkəzlərinin və Azərbaycan Respublikasının Azad Qarabağ Uğrunda Alyansının birgə təşəbbüsü ilə keçirilir .

  • Yazılıb
  • da (də) 2013 Aug 27