Tarix : 2013 Jul 24
Kod 39691

Qarabağ Beynəlxalq Konfransının elmi katibi: Azərbaycanın universitetlərinin Qarabağ Beynəlxalq Konf

AranNews - Təbriz Universitetinin ictimai əlaqələndirici bölməsindən redaksiyamıza daxil olan məlumata görə Qarabağ Beynəlxalq Konfransı 6 noyabr 2013-cü ildə Təbriz Universitetinin  Vəhdət salonunda keçiriləcək.

Konfransın elmi katibi doktor Məhəmməd Əli Pərğu jurnalistlərə verdiyi müsahibəsində deyib: “İranlı, qafqazlı və dünyanın müxtəlif ölkələrindən olan mütəxəssis alimlər arasında Qarabağ mövzusunda yekdil fikrin formalaşması, Qarabağla bağlı tarixi həqiqətlərin üzə çıxarılması, dünyadakı müsəlman azərilərin Qarabağ konflikti ilə bağlı fikirlərinə aydınlıq gətirmək, Qarabağ konfliktinin yaranma və uzanması səbəblərinin araşdırılması, Qarabağ konfliktinin həllində və Azərbaycan müsəlmanlarına dəstəyi barədəİranın fəaliyyətlərinə baxış konfransın məqsədlərindəndir”.

Doktor Pərğu artırıb: “Qarabağ Beynəlxalq Konfransına tarixi və coğrafi, mədəni və ictimai, iqtisadi və beynəlxalq hüquq, siyasi və beynəlxalq münasibətlər kimi beş mehvər və 40-dan yuxarı mövzularda məqalələr qəbul edilir. Maraqlananlar daha artıq məlumat əldə etmək üçün Təbriz Universitetinin saytına, yaxud Aran Beynəlxalq Araşdırmalar və Mədəniyyət İnstitutunun saytına müraciət edə bilərlər”.

Konfransın elmi katibi həmçinin qeyd edib ki, yazarlar məqalələrin abstraktlarını avqustun 27-nə kimi, məqalələrin tam mətnini isə oktyabırın 7-nə kimi göndərə bilərlər. O artırıb: Konfransa əsas iki dildə: fars və azəri türkcəsində məqalələr qəbul edilir. Amma xarici ölkələrdən olan araşdırmaçılar rus və ingilis dillərində məqalə təqdim edə bilərlər”. 

Konfransı İran İslam Respublikasının 7 universiteti və bir sıra elmi mərkəzləri və Azərbaycan Respublikasının Qarabağ Azadlıq Təşkilatlarını izləməsindən əhəmiyyət daşımasını vurğulayan dr. Pərğu iranlı və azərbaycanlı mütəxəssislərin müxtəlif mövzularda öz məqalələrini konfransa təqdim edəcəklərinə ümid etdiyini bildirib.

Səkkiz il Müqəddəs Müdafiə illərinin müharibə veteran olan doktor Pərğu vurğulayıb: “Azərbaycanın universitetlərinin Qarabağ Beynəlxalq Konfransınını qarşılaması onların Qarabağın azad olunmasına qətiyyətinin göstəricisidir və bu konfrans Cənubi Qafqazın mədəni və ictimai durumunda dönüş nöqtəsi olacaq”.

Qeyd: Maraqlananlar məqalələrinin abstraklarını  27 avqusta kimi “conference.garabag@tabrizu.ac.ir” elektron poçtuna göndərə bilərlər.

  • Yazılıb
  • da (də) 2013 Jul 24