Tarix : 2014 Oct 18
Kod 44383

Ustad Şəhriyarın adına çıxarılan “Azərbaycan” Şerinin əsl əsası nədir?

Bu saxta şeirlə bağlı təəssüf ki, Azərbaycan Respublikasında hələ də heç bir addım atılmır

AranNews - 1968.ci ildə Az. KPMK mədəni işılər üzrə katibi və keçmiş partya sədri Miezə İbrahimov İranlı firqə üzvlərinin şeir və ədəbiyyatla məşğul olan üzvlərini o cümlədən Pro. Əhməd Şəfai və prof. Gulamhüseyin Bigdelini çağırıb onlara İranın ən güclü şairi olan Ustad Şəhriyarın “inqılabçı” vo sol təmayüllü olduğunu göstərmək uğrunda araşdırmalar aparmalarını istəyir.

Həmin illərdə İran Azərbaycanını Sovetlə birləşdirmək üçün (Həsrət Ədəbiyyatı) adlı qondarma bir ədəbi cərəyan yaradılmış və partiya şairlərinə “Cənub Həsrəti” ünvanlı şerlərin yazılması barədə göstəriş verilmişdi. Elə Mirzə nin (gələcək gün) romanı – S. Rüstəmin “Cənub həsrəti” kitabı və onlarca şer yazılmışdı.

Prof. Rüstəm Əliyev savetin İrandakı səfirləyinə ezam olunur və onan şəhriyarla münasibət qurması və şəhryardan bu şeirlərə qarşılıq göstərməsi istənilir. Şəhriyar Rüstəm Əliyevi islama dəvət edir və Sovet KGB sinin bu tədbirini əksinə çevirir. Sovet hakimiyyəti R. Əlievi partyadan çıxarır və biletini əlindən alır, ancaq şəhriyar ona cəvab yazır ki Hizbi şeytandan olan qoy səni ixrac eləsin Başda yazmış sənni öz hizbinə rəhman rüstəm! Şəhriyar “həsrət ədəbiyyatına” verdiyi cavabda Qafqazın irandan zorla alındığını və İrana geri qaytarılmasına əsas verir. Anam təbriz mənə gəhvarədə söylərdi yavrum bil Sənin qalmış o tayda xallı telli bir xalan vardır.

Şəhriyar onlarca şerində qafqazın irana aid olduğunu tərənnüm edərək KGB nin bütün bu hilələrini təsirsizləşdiri. əməliyyatdan məyus olan partya və KGB bu səfər təhriflərə başlayır və Bakıda tərcümə olan və hərfləri dəyəşdirilən şerilərində geniş səviyyədə təhriflər aparır ki, biz o təhrifləri böyük məqalələr boyunca bir bir göstərmiş və ustadın öz səsi və əl yazması ilə əslini sübut etmişik. O cümlədən “səhəndim” şerində ustad deyir: “Dinə” qarşı nə qaranlıq isə haq məşəliyəm mən Onlar belə təhrif edirlər: “Haqqa” qarşı nə qaranlıq isə el məşəliyəm mən Ya: Mən “Əli” oğluyam azadələrin mərdi muradı Onu belə təhrif edirlər: Mən “ELİN” oğluyam azadələrin … Bu təhrif və saxtakarlıqların biridə şəhrayrın Adına yazılan “Azərbaycan” şeridir. Mən azərbaycan yazıçılar və şairlər ittifaqının 9.cu qurultayında bu saxtakarlığı ifşa etdim. Fars dili üzrə professor olan Şahin Fazil – Tofiq Məhərrəmov – Feyruz Sadıqzadə – Prof Qafar Kənli – Şair Qaım Qaımzadə – Prof. Rüstəm əliyevi səhnəyə çağırdım, şerin əslini misra misra oxudum və hər misranın onların tərəfindən “azərbaycan dilinə”! Tərcüməsini xahiş etdim və ondan sonra o şeriin həmin misrasını oxudum. Hamı bu şerin şəhriyara aid olmadığını təsdiqlədi, ancaq Anar və Sabir Rüstəmxanlı mənim bu şeri azərbaycanda qadağan edilməsinə dair tələbimə qarşı dedilər ki bu şeirin azərbaycanın demokratik hərəkatında təşviq edici rolu olmuşdur və buna görədə o şer təhrif məhsulu və saxta olsada qalmalıdır.!!

Şeri guya “tərcümə” edən “şair” Firkrət Sadıq orda dedi ki: “mən fars dilini bilmirəm. bir gün institutda Əhməd Şəfai və Q. Bigdeli mənə nəsr şəklində bir səhifə yazı verdilər və bu şəhriyarın fars dilində yazdığı bir şerin sətri tərcüməsidir və Sən bunu şerləşdir dedilər. Məndə alıb bu şəkildə hazırladım. Indi əgər şəhryara aid deyil, mən sadə adamam və üzr istəyirəm ki aldadılmışam.” əslinin şəhryara aid olduğu şeir tamamilə fikrət sadığın yazdığı şeirlə zidd mənada və məqsəddədir. Ş hriyar 1942 ci ildə Təbrizin Rus qızıl orusu tərəfindən işğal edildiyi zaman Ruslara, mərkəzi hökümətə və pəhləvinin baş naziri qavama etiraz edir ki niyə azərbaycanda rus qüvvələrini çixarmağa cəhd göstər mirsiniz. əvvəla “Azərbaycan” adlanan bu şerin əsl adı “azərbaycanın yadı ilə” olub. Tərcümə tamamən təhrif edildiyindən əlavə, 4 beyt dibindən çıxarılmış və əsasən heç tərcümə edilməmişdir, çünki tərcümə edildiyi surətdə mənanın tam əksi ortaya çıxardı. Bu şer ustadın Farsca Divanından əlavə, ustadın əlyazması və ən mühümmü ustadın öz səsi ilə oxuduüu file da bizim əlimizdə vardır. (Fars dilini bilən və elmi müqayisə aparmaq istəyən doslara bu səsi təqdim edə bilərəm) Bir neçə il əvvəl İranın dövrü prozidenti Mahmud Əhmədinəjad öz Təbriz səfərində həmin bu şeiri çıxışının başında oxumuşdur: http://www.farsnews.com/newstext.php?nn=8808290365 İndi bu şerin Farsca əsl mətnini – tərcüməsini – Fikət Sadığın yazdığını müqayisə edirik 1. پـر مي‌زنـد مـرغ دلـم بـا يـاد آذربـايجـان خـوش بـاد وقـت مــردم آزاد آذربــايـجـان Tərcüməsi: Künül quşum Azərbaycanın xatirəsi ilə qanad çalır Azərbaycanın xalqının övqatı xoş olsun Fikrət Sadıq: Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan. Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan. 2. ديري است دور از دامن مهرش مرا افسرده دل باز اي عزيزان زنده‌ام با ياد آذربايجــــــان Tərcüməsi: onun məhəbbətlə ətəyindən uzun zaman uzaq düşməkdən darıxmışam yenədə ey əzizlərim onun yadı ilə diriyəm Fikrət Sadıq: Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram, Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan. 3.آزادی ایران ز توآبادی ایران ز تو آزاد باش ای خطّه‌ی آبادآذربایجان Tərcüməsi: İranın azadlığı və abadlığı səndəndir Ey abad olan azərbaycan hər zaman azad yaşayasan Fikrət Sadıq: Bütün dünya bilir – sənin qüdrətinlə, dövlətinlə Abad olub, azad olub mülki-İran, Azərbaycan. 4. تا باشد آذربایجان پیوند ایران است و بس این گفت با صوتی رسا فریاد آذربایجان Tərcüməsi: (bu beyt Fikrət Sadıq “tərcümə”! Etməmişdir) Azərbaycan var olduqca İranla bir və bölünməzdir vəssəlam Bunu yüksək səslə fəryad edərək dedi Azərbaycan Fıkrət Sadıq: (tərcümə etməmişdir) 5. در بیستون انقلاب از شور شیرین وطن بس تیشه بر سر کوفته فرهاد آذربایجان Tərcüməs i: Inqilab (məşrutə)ın bistununda vətən Şirininin zövqündən Azərbaycanın Fərhadı başına çox külünglər vurmuşdur. Fikrət Sadıq: Bisütuni-inqilabda Şirin-vətən üçün Fərhad Külüng vurmuş öz başına zaman-zaman, Azərbaycan. 6.در مکتب عشق وطن جان باختن آموخته یارب که بوده است از ازل استاد آذربایجان Tərcüməsi: Vətən eşqi məktəbində candan keçmək öyrətmişdir Ya rab əzəldən azərbaycanın ustadı kim olmuşdur? Fikrət Sadıq: Vətən eşqi məktəbində can verməyi öyrənmişik, Ustadımız deyib “heçdir vətənsiz can”, Azərbaycan. 7. شمشاد ري را تا بود آزادي از جلاد دي در خاك و خون غلطيده بس شمشاد آذربايجان Tərcüməsi: Rey Şümüadının Qışın calladından qurtulması uürunda Sənin nə şümşüadların qanlı torpağa düşmüşdür azərbaycan Fikrət Sadıq: Qurtarmaqçün zalimlərin əlindən Rey şümşadını Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan. 8. آوخ كه نيرنگ عـدو بـا دست ناپاك خودي بگسيخت طوق طاعت از اكراد آذربايجان Tərcüməsi: Yazıqlar olsun ki düşmənin hiləsi və özümüzünkülərin napak əliilə Azərbaycanın Kürdləridə itaət etməkdən boyun qaçırdılar Fikrət Sadıq: (tərcümə etməmişdir) 9. اشك ارومي بين كه با خون دل سلماس و خوي دريــا شـد و بـر مي‌كـــَنَد بـنـياد آذربايجان Tərcüməsi: Urmiyənin gözyaşına bax ki Salmas vo Xoyun ürəyinin qanı ilə Bir dəniz yarandı və azərbaycanın təmələini sökməkdədir. 10. ضحاکیان مرکزی بیرون برند از حد ستم تا سر بر آرد کاوه حداد از آذربایجان Tərcüməsi: Mərkəzi zəhhaklar (qədim zülümkar padişah) zülmü həddən artırıblar Azərbaycanın dəmirçi Kavə (qədim İran qəhrəmanı) si baş qaldırsın deyə Fikrət Sadıq: (tərcümə etməmişdir) 11. خون شد دل آزادگان يارب پس از چندين ستم كام سـتمگر مي‌دهي يا داد آذربايجان ؟ Tərcüməsi: Ilahi bu qədər zümdən sonra azadələrin ürəyi qan oldu Zalimin istəyini təmin edirsəm ya azərbaycanın fəryadına yetirsən? Fikrət Sadıq: Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin, Qolubağlı qalacaqdır nə vaxtacan Azərbaycan?! 12. جان داده آذربایجان امداد ایران را و نیست ایران مداران را سر امداد آذربایجان Tərcüməsi: Azərbaycan İrana yardım etmək üçün canından keçmişdir ancaq, İran başçılarının azərbaycana imdad etmək fikri yoxdur. Fikrət Sadıq: İgidlərin İran üçün şəhid olub, əvəzində Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan. 13. تا چـند در هر بوم و بر آواره اید و در به در دستی به هم ای نامور اولاد آذربایجان Tərcüməsi: Nə vaxtadək hər yerdə sərgərdan və pərişan olacaqsınız? əl bir olun ey azərbaycan balaları. Fikrət Sadıq: Övladların nə vaxtadək tərki-vətən olacaqdır? Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan! 14.از آتش پاشیدگی تاچند خاکسترنشین آباد باید خانه بربادآذربایجان Tərcüməsi: Darmadağın olmağın alovundan nə vaxtadək küllər üstündə oturmaq? Azərbaycanın bərbad evi abad olmalıdır. Fikrət Sadıq: Bəsdir fəraq odlarından kül ələndi başımıza, Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan! 15. بر زخم آذربایجان هان شهریارا مرهمی تا شاد گردانی دل ناشاد آذربایجان Tərcüməsi: Azərbaycanın yarasına şəhryar mərhəm ol Beləliklə azərbaycan şad olmayan könlünü sevindir. Fikrət Sadıq: Şəhriyarın ürəyi də səninki tək yaralıdır, Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan.

Bununlada Ustad Şəhriyarın Rus qızıl ordusunun Təbrizi işqal etdiyi və İran Şahı və baş nazirinin qayğısızlığına etiraz etmək məqsədi ilə yazdığı şeri görün necə təhrif edərək, və mənası anlaşılmasın deyə bir neçə beytinidə həzf edib çıxararaq nə kimi saxtakarlıq və təhriflə nə hiləkarcasına bir işə əl atmışlar. Fars dilini bilməyən və şerin əslini oxumaq imkanı olmayan Azərbaycan xalqına həmdə böyük Şıhriyarın adı ilə nə kimi yalanları sırıyırlar. Şəhryarı bu şeri oxuduğu səzli file da Azərbaycanın hər zaman iranın gözü olduğu pəhləvi və Aryan dillərinində beşiyi olduğuna dair söhbətləridə mövcuddur. Ustadın nə qədər iran aşiqi olduğunu anlamaq üçün ustadın öz şeirlərini oxumaq lazımdır. Ar olsun bütün milli ədəbiyyatımızı təhrif edənlərə Nizami – Xaqani – Füzuli Nasimi dən başlayıb şəhryara qədər təhrif edən Azərbaycanın həmişəki saxtakar rejimlərinə və o rejimlərin yaltaq köpəkləri olan satqın yazlçılar şairlər və üzdən iraq ziyalılarına! İran əleyhinə oxuğunuz və eşitdiyiniz mənfi sözlərə inanmdan onu döğru mənbələrdən araşdırın. Doğu mənbələr Azərbaycan mənbələri deyildir.bunu unutmayın!

  • Yazılıb
  • da (də) 2014 Oct 18