Tarix : 2015 Oct 08
Kod 46576

Azərbaycan İslam Partiyası “Azadlıq” qəzetinə Etiraz Etdi

AIP “Azadlıq” qəzetinin 8 oktyabr tarixli sayında İslamçılar seçki oyununa yox dedilər sərlövhəli yazıda Nardaran ağsaqqalı Natiq Kərimovun qurumun parlament seçkilərinə münasibəti barədə dərc olunan fikirlərini müəllifin şəxsi fikirləri kimi qiymətləndirir və ...

Arannews- Azərbaycan İslam Partiyası “Azadlıq” qəzetinin 8 oktyabr tarixli sayında İslamçılar seçki oyununa yox dedilər sərlövhəli yazıda Nardaran ağsaqqalı Natiq Kərimovun qurumun  parlament seçkilərinə münasibəti barədə dərc olunan fikirlərini müəllifin şəxsi fikirləri kimi qiymətləndirir və həmin söylənilənlərin partiyaya aid olmadığını bildirir .

Bu sözləri AİP-in Mətbuat Xidmətinin rəhbəri Akif Heydərli 8 oktyabr tarixində “Azadlıq” qəzetində partiyanın adından gedən yazıya münasibət bildirərkən qeyd edib

Partiya sözçüsünün sözlərinə görə, AİP siyasi qurum olaraq ölkədə keçirilən prezident və parlament seçkilərində dəfələrlə aktiv şəkildə iştirak edib

 Biz seçkilərin keçirilməsində baş verən qanunsuzluqları müşahidəçilərimiz, namizədlərimiz və vəkillərimiz vasitəsilə aşkarlamış, yol verilən neqativliklər barədə bizi dəstəkləyən tərəfdarlarımıza, bütövlükdə  ictimaiyyətə məlumatlar vermiş, seçicilərin pozulmuş hüquqlarını müdafiə etməyə çalışmışıq. Biz siyasi qurum olaraq ölkədə demokratik təsisatlar, ədalətli hakimiyyət, insan hüquq və azadlıqlarının qorunması uğrunda sivil mübarizəmizi bundan sonra da davam etdirəcək, şərlənərək həbs olunmuş əqidə qardaşlarımızın, başda AİP sədri Hacı Mövsüm Səmədov olmaqla tezliklə azad olunmasına çalışacağıq .”

A. Heydərli  “Azadlıq”da dərc olunan fikirlərin müəllifi N.Kərimovun qurumun mətbuat xidmətinin sədri kimi təqdim olunmasına da aydınlıq gətirdi və bildirdi ki, N.Kərimov AİP üzvü olmaqdan başqa partiyada heç bir vəzifə daşımır .   

  • Yazılıb
  • da (də) 2015 Oct 08