Tarix : 2015 Oct 03
Kod 46539

Ərdoğan nə barədə düşünür?

Yeni seçkilərə bir ay qalıb. Hal-hazırda Türkiyənin durumu 7 iyun seçkiləri ərəfəsində olan durumdan da çox fərqlidir. O zaman atəşkəs asudəliyində keçinən Türkiyə indi daxili və xarici müharibələrlə qarşılaşıb. Ölkənin şərq və cənub-şərq bölgələri hərc-mərcliyə, qarşıdurmalar mərkəzinə çevrilmişdir...

Arannews- Ərdoğan 1 noyabrda keçiriləcək erkən seçkilər, HDP və MHP-dən ala biləcəyi səs və onun vasitəsilə parlamentdə AKP-nin mandatının sayını artırmaq barədə düşünür. Əvvəl təkpartiyalı dövlət yaratmaq, sonra da ölkənin konstitusiyasını dəyişdirmək Türkiyə prezidentinin ən önəmli hədəfidir. Ərdoğanın röyası Sultan Süleyman Qanunidir.

Rəcəb Təyyib Ərdoğan 2001-ci ildə Ədalət və İnkişaf Partiyasını (AKP) yaratdı. 2002, 2007 və 2011-ci illərdə tərtiblə 34,3, 46,6, 49,8 faiz səs toplaya bilmiş və 2002-ci ildən bəri Türkiyə Parlamentində ən böyük partiya olmuşdur. Ərdoğan belə ümid edirdi ki, bu ilin 7 iyun seçkiləri də ötən seçkilər kimi yüksək səs çoxluğu ilə keçəcək və parlamentdəki 550 mandatdan 367-sinə sahib olacaq. Bununla da digər partiyaların iştirakı və səsinə ehtiyac olmadan konstitusiyanı dəyişə biləcək, hökumət quruluşunu parlamentlikdən prezidentliyə çevirəcək və həmin səs çoxluğuna söykənərək özü Türkiyənin ilk iqtidarlı prezidenti olacaq və prezidentlik kürsüsünü daim AKP üçün qoruyacaq. Bu röya həqiqətə çevrilmədi və 40,8 faiz səs toplamaqla parlamentdə cəmi 258 limit qazandı. Nəticədə konstitusiyanı dəyişməyi referenduma qoymaq üçün bu qədər mandat kifayət etmədi, hətta birpartiyalı hökumət də qura bilmədi. Ona görə də qüvvələrini toplayaraq yenidən seçki keçirməyi qərara aldılr və ümid edirlər ki, bu dəfəki seçkilər AKP və Ərdoğanın xeyrinə olacaq.

Ərdoğan qarşıdan gələn erkən seçkilər barədə düşünür.

Yeni seçkilərə bir ay qalıb. Hal-hazırda Türkiyənin durumu 7 iyun seçkiləri ərəfəsində olan durumdan da çox fərqlidir. O zaman atəşkəs asudəliyində keçinən Türkiyə indi daxili və xarici müharibələrlə qarşılaşıb. Ölkənin şərq və cənub-şərq bölgələri hərc-mərcliyə, qarşıdurmalar mərkəzinə çevrilmişdir. Sülh prosesi nəticəsiz buraxılmışdır. Kürdüstan Fəhlə Partiyası (PKK) atəşkəsi pozmuşdur, bombalar partladır, təhlükəsizlik qüvvələrinə qarşı silahlı hücumlar həyata keçirir.

AKP öz sabiq hədəfinin, yəni parlamentdə 368 mandata yiyələnməyin ardıncadır.  Əgər HDP bu dəfə də 10% yetərsayı keçərsə, onda AKP 65% -dən çox səs toplamalıdır və bu da qeyri-mümkündür. CHP 2003-cü ildən indiyə kimi 20%-dən yuxarı səs toplayıb. MHP də 2007-ci ildən indiyə kimi 10%-dən aşağa səs toplamayıb. Çox asanlıqla belə nəticə almaq olar ki, səslərin tərkibi HDP, MHP və CHP  ən azından 10, 10, 20% olmaqla nəticə AKP üçün o qədər pis olmasa da amma yenə ideal nəticə ilə fasiləsi çoxdur. Ona görə də 367 mandatı qazanmaq imkanı yalnız HDP-nin yetərsaya çatmaması ilə gerçəkləşə bilər.

Ərdoğan HDP-nin yetərsaya yetməyəcəyi barədə düşünür.

HDP-nin yetərsaya çatmadığı surətdə onun limiti AKP-yə çatacaq. Yəni HDP ən azı 50 mandat itirəcək. 2014-cü ildə prezident seckiləri və 7 iyunda parlament seçkilərinin nəticələrinə diqqət etməklə 3,35 faiz səs AKP-nin xeyrinə artacaqdır. Ona görə də HDP-nin səs qazana bilməsinin qarşısını almaq üçün investisiya qoymaq lazımdır. PKK-nın təhlükəsizlik qüvvələrinə hücumları, polis və əsgər qüvvələrinin həlak olmaları AKP-nin xeyrinədir. Seçkilərdə iştirak edənlər bu hadisələrdə kürdləri, HDP və HDP-nin sədri Səlahəddin Dəmirtaşı təqsirkar bilirlər. Dövlət rəsmiləri xalqı HDP və PKK arasında dərin orqanik bağlılığın olmasına inandırmağa çalışırlar. Ərdoğan bir televiziya müsahibəsində iddia etdi ki, HDP həmişə PKK-nı dəstəkləyir və bu dəstək olmasaydı PKK bu vəziyyətə gəlib çıxa bilməzdi. Digər tərəfdən dövlət rəsmiləri PKK ilə sülh danışıqlarında uğursuzluğu HDP-ni günahlandırır və Dəmirtaşın suçunu artırırlar. Hamı bilir ki, sülh prosesini kim əngəllədi. Türkiyənin baş naziri Əhməd Davudoğlunun erməni baş müşaviri Etyen Mahçupyan bunu açıq-aşkar bəyan etdi. Amma hamı belə fikirləşməlidir ki, Ərdoğanın HDP-dən bir alət kimi istifadə etməsi öz anti-Ərdoğan və anti-AKP siyasətlərini irəli aparmaq üçün olmuşdur.

Bu qəbildən olan dəlillər də inandırıcı ola bilər:

HDP sülh prosesinə dəxalət etməklə PKK-nı silahlandırmaq üçün zaman qazanmışdır.

PKK terrorçu təşkilatdır və HDP onun bir qoludur.

Dəmirtaş və HDP-nin parlamentdəki digər nümayəndələrinin toxunulmazlığı ləğv edildikdən sonra onları işi məhkəməyə tapşırılsın və mühakimə olunsunlar. Onların terrorda əli var və PKK cinayətlərinə şərikdirlər.

Görürük ki, Dəmirtaşa qarşı təxribat və töhmət kompaniyasının işi bu yerə çatmışdır. Fərz edək ki, bu plan düzgün irəlilədi və HDP yetərsaya çatmadı və onun səsi AKP-nin xeyrinə oldu. Görəsən bu prezidentin komandası üçün kifayət edirmi? Bu çox uzaq görünür.  Deməli, başqa çarə yolu fikirləşmək lazımdır. Orta millətçilərin səsi üzərinə sərmayə qoymaq olar.

AKP millətçilərin səsini cəlb etməyə çalışır.

PKK ilə mübarizə etmək neçə onillikdir ki, Türkiyənin daxili və xarici siyasətinə təsir qoymuş və onu təyin etmişdir. Türkiyə dövlətinin və ölkənin çoxluq təşkil edən türk xalqının qəti nəzərində PKK terrorçu təşkilatdır və məhv edilməlidir. Türkiyə ordusunun əsgərlərinin PKK-nın əli ilə həlak olması, yaxud yaralanması xəbərləri bir tərəfdən Türkiyənin vətənpərəst xalqını təhrik edir və PKK-ya qarşı hərbi əməliyyat, təşkilatın tələfatı onları sevindirir. Üstəlik, hökumətin Türkiyənin müxtəlif bölgələrində kürdləri qətl və qarət edən, incidən türk radikal qruplarlı azad buraxması millətçiləri razı salır. AKP hətta daha da irəli gedərək özünü millətçi adlandırır. Türkiyə Baş nazirinin müavini Yalçın Ağdoğan "AKP Türkiyənin ön böyük millətçi partiyasıdır" deməklə, özünü millətçilərə yaxınlaşdırır.

MHP-nin yetərsaya çatmasına mane olmaq mümkün olsa, onda bu partiyanın səs və mandatının hamısı da olmasa bir neçəsi AKP-yə çatacaq. Bu çox çətin məsələdir, lakin qeyri-mümkün deyil.

Amma Ərdoğanın məqsədinin gerçəkləşməsi üçün bir partiyanın cibindən bu qədər xərc qoyulmalıdırmı? AKP Ərdoğanın bu şöhrətbazlığının aşkar olmasından qabaq çox uğurlu bir partiya idi. Ötən illər ərzində keçirilən seçkilər bunu təsdiq edir. 7 iyun seçkilərinin təcrübəsi göstərdi ki, bundan artıq bir şey istəməyin əks nəticəsi vardır. 7 iyun seçkilərinin nəticələri də ağlı baxımdan hər bir partiyanı razı salan bir seçki idi.

Ərdoğan AKP daxilində narazılıq barədə fikirləşmir.

AKP-nin daxilində narazılıq səsləri eşidilməkdədir. Hətta, bu narazılıqlar gizlədilsə də onu başa düşmək çətin deyil. AKP-nin Abdulla Gül və Bülənd Arınç kimi tanınmış şəxsiyyətləri tənqid etdilər. Bülənd Arınç hətta şikayətlənərək "biz qabaq bir partiya idik və "bizim" idi, amma indi "onun" olan bir partiyayıq" deyib. Partiyanın sədri Davudoğlu dillənməsə də 1 noyabr seçkiləri üçün onun namizədlər siyahısının Ərdoğan tərəfindən dəyişdiriliməsi və onun nəzərdə tutduğu adamların adlarının siyahıdan çıxarılmasından narazıdır. Artıq AKP sədri olmayan Ərdoğan elə rəftar edir ki, sanki özünün şəxsi partiyasıdır və onun istəklərini yerinə yetirməlidir. Prezidentin istəklərinin gerçəkləşməsi partiya başçılarının faktiki surətdə səlahiyyətlərinin əllərindən alınması deməkdir. Onun röyasında Davudoğlu və ya Abdulla Gülün yeri haradadır? AKP liderləri və onların tərəfdarları olan qanadlar belə bir istəklərin gerçəkləşməsini istəyirlərmi? Ümumiyyətlə, partiyanın bütün üzvləri konstitusiyasını dəyişilməsini istəyirmi? Partiyanın əksər üzvləri şöhrətbazlığın xidmətində dayanmaq, bunun üçün özlərinin mühafizəkar islamçı-demokrat partiyalarından maya qoymağa razıdırlarmı?

AKP başçıları nə barədə düşünür?

Prezidentin getdiyi bu yol diktatura və totalitarıqdır. Türkiyə dövlətinin bu diktatorluqdan qorxması AKP-nin 7 iyun seçkilərində məğlubiyyətinin səbəbi oldu. AKP-nin daxilində çoxları bu diktatorluğu və şöhrətbazlığı xoşlamır və bunu özlərinin, ölkənin və xalqın xeyrinə bilmirlər. Partiyanın daxilinidə qruplaşma və cəbhələşmə ilə onun fikirlərini təcrid və təsirsiz etmək mümkündürmü? Belə nəzərə çarpır ki, AKP iki və daha çox dəstələrə bölünüb və bu özünü elə də uzaq olmayan bir zamanda göstərəcək. Amma Ərdoğanın xəttində olmayan dəstələrin taleyinin necə olacağı məlum deyil. AKP başçılarından neçəsinin istefa vermək haqqında düşünməsi də məlum deyil. Onlar bilirlər ki, Ərdoğanın röyası  Sultan Süleyman Qanunidir.

  • Yazılıb
  • da (də) 2015 Oct 03