Tarix : 2015 Sep 29
Kod 46521

Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi səudiyyəlilərin Mina hadisəsindəki tədbirsizlikləri və səhlənkarlıqlarını pislədi

Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi: Səudiyyəlilər özlərinin bu rəftarları ilə göstərdilər ki, Hərəmeyn Şərifeyni idarə etmək səlahiyyətinə malik deyillər.

Arannews- Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi səudiyyəlilərin Mina hadisəsindəki tədbirsizlikləri və səhlənkarlıqlarını pisləyərək, Ərəbistan hökmranlarının bu cinayət qarşısında cavabdeh olmaları vacibliyini vurğulayıb .

Əli Əkbər Ocaqnejad Bakıda yaşayan iranlıların Əhli-Beyt(ə) hüseyniyyəsində namazqılanlar qarşısındakı çıxışında bu kədərli faciə ilə bağlı başsağlığı verərək, bildirib: Səudiyyəlilər özlərinin bu rəftarları ilə göstərdilər ki, Hərəmeyn Şərifeyni idarə etmək səlahiyyətinə malik deyillər .

Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi İmam Xomeyni(r.ə)-in səudiyyəlilərin Hərəmeyn Şərifeynin idarəçiliyinə səlahiyyətsiz olmalarına dair sözlərinə işarə edərək, deyib: Bu müqəddəs məkanların idarəçiliyi İslam Əməkdaşlığı Təşkilatına tapşırılmalıdır .

Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi səudiyyəlilərin Yəməndəki cinayətləri və bu ölkənin məzlum müsəlmanlarını qırğın etmələrinə də işarə və dünya ictimaiyyətinin bu cinayətlər qarşısında susmasını kəskin surətdə tənqid edib.

  • Yazılıb
  • da (də) 2015 Sep 29