Tarix : 2015 Sep 29
Kod 46518

İranın futzal üzrə qadınlardan ibarət yığma komandası Asiya Çempionatının qalibi olub

İran futzal üzrə qadınladan ibarət milli komandası I Asiya Çempionatında turnirin qalibi olub.

AranNews - Redaksiyamızın "İlna"ya istinadla verdiyi xəbərə görə saat dünən 14:30-da İran və Yaponiyanın futzal üzrə qadınladan ibarət milli komandaları I Asiya Çempionatının final yarışlarında qarşılaşdılar və ölkəmizin komandası bir qol vurmaqla öz güclü rəqibini məğlub edərək Asiya kubokunun sahibi oldu.

Qadınların futzalı üzrə Asiya Çempionatı qitə səviyyəsində Asiya Futbol Konfederasiyası tərəfindən keçirilən ilk çempionatdır və ilk çempionluq kuboku iranlı qadınların adına yazıldı.

Yarışların sonunda İran milli yığmasının çempionluq qolunu vurmuş Fereştə Kərimi müsabiqələrin ən yaxşı oyunçusu seçildi.

  • Yazılıb
  • da (də) 2015 Sep 29