Tarix : 2015 Sep 28
Kod 46513

AIP Səudiyyə Ərəbistanında baş verən faciələlərlə bağlı etiraz bəyanatı yayıb

Hesab edirik ki, qaldırıcı kran hadisəsi ardınca sirri bəlli olmayan insident və qarışıqlıq nəticəsində min üç yüz zəvvarın dünyasını dəyişməsi ilə nəticələnən itkilər heç də təsadüfü sayıla bilməz.

Arannews- Azəbaycan İslam Partiyası Səudiyyə Ərəbistanında baş verən faciələlərlə bağlı etiraz bəyanatı yayıb.

bəyanatda deyilir :

"Dünyanın şər qüvvələri ilə əl-ələ verən Səudiyyə rejimi Peyğəmbər (s) və onun Əhli beytinin uyduğu müqədəs torpağı yenidən qan gölünə döndərdi. İslam dininin vacib əməllərindən sayılan Həcc ziyarətini yerinə yetirənlər faciə dalınca faciə ilə üzləşərək bu dəfə Mina çölündə sıralarından mindən çox zəvvar itirdilər .

Hesab edirik ki, qaldırıcı kran hadisəsi ardınca sirri bəlli olmayan insident və qarışıqlıq nəticəsində min üç yüz zəvvarın dünyasını dəyişməsi ilə nəticələnən itkilər heç də təsadüfü sayıla bilməz .

Biz ziyarət zamanı həlak olan bütün zəvvarlara Allahdan rəhmət ailələrinə səbr diləyirik .

Ziyarətçilərin, Həcc əməllərini yerinə yetirənlərin sağlamlığına və təhlükəsizliyinə bir başa cavabdeh olan Səudiyyə hakimiyəti məsuliyyətini itirmişdir desək çox yumşaq olar. Bu rejimin dinc yəmən xalqını, öz azadlığı istiqlaliyyət uğrunda mübarizəyə qalxan həqiqi müsəlmanları ağır bombalarla toplarla qətliam etməsinin şahidi olanlar onların İmam Hüseynin(ə) boynunu vurduran Yezidlərin övladları olmasına yəqin ki, şəkk etməzlər .

Hesab edirik ki, Səud rejimi faciələr törədən əməlləri ilə Peyğəmbər (s) ümmətinə müqəddəs torpaqlara vacib əməllər niyyəti ilə, müsəlman vəhdətinə toplaşanların gözünü qorxudur və İslam müqəddəslərinin ziyarətindən uzaqlaşdırmağa çalışır .

Taxt-tacı laxlamağa çalışan rejim çirkin əməllərini gizlətmək İslama əsl müsəlmanlara düşmənçiliyi pərdələmək üçün ən ağır fəsadlar törətməkdən belə çəkinmir .

AİP dünya müsəlmanlarını sionizmə və imperializmə nökərçilik xəttini tutan səud rejiminin əməllərini araşdırmağa, günahkarları və onların havadarını əsl İslam mühakiməsi qarşısında qoymağa çağırır .

Biz faciə qurbanları olan müsəlman bacı və qardaşlarımıza Uca tanrıdan rəhmət ailələrinə, yaxınlarına, məxsus olduğu xalqlara səbr diləyir baş sağlığı veririk".

  • Yazılıb
  • da (də) 2015 Sep 28