Tarix : 2015 Sep 02
Kod 46400

Türkiyədə baş verən son hadisələrin təhlili

Türkiyə seçkiləri tarixində ilk dəfə olaraq...

Arannews-7 iyunda Türkiyədə 25-ci parlament seçkiləri keçirildi. Bu seçkinin nəticələri bütün siyasi təhlilçiləri təəccübləndirdi. Hakim partiya Ədalət və İnkişaf Partiyası (AKP) qabaqkı seçkilərdən fərqli olaraq təkbaşına hökumət qurmaq üçün parlamentdə 550 yerdən 276 millət vəkili limitinə çata bilmədi.

7 iyun seçkilərində Ədalət və İnkişaf Partiyası (AKP) 40,86, Cühmuriyyət Xalq Partiyası (CXP) 24,96, Milliyyətçi Hərəkat Partiyası (MHP) 12,69, Xalqların Demokratik Partiyası (XDP) 12,99 faiz səs toplayıblar. 

Nəticələrə görə AKP-258, CXP-132, MHP 80, XDP-80 deputatla təmsil olunmalı idi.

Türkiyə seçkiləri tarixində ilk dəfə olaraq kürdlər 10% yetərsayı toplayaraq parlementdə təmsil ola bildilər. Türkiyənin seçki qanunlarına əsasən, səs verənlər namizədlərə deyil, partiyaya səs verirlər. Ölkənin seçki xüsusiyyətlərindən digəri də budur ki, hər hansı partiya 10% yetərsayı səsi toplaya bilsə, Türkiyə Millət Məclisində təmsil oluna bilər. Ötən seçkilərdə 10% yetərsaya çatmayan Xalqların Demokratik Partiyası bu dəfə Türkiyə tarixində ilk dəfə olaraq 13,12 faiz səs toplayaraq parlamentdə 88 mandat qazandı.

Türkiyədəki ictimai-siyasi duruma diqqət etməklə AKP-nin səsinin azalacağı gözlənilən idi. Lakin seçkilərdə kürdlərin qələbəsi, kürdlər və ələvilər məskunlaşmış bölgələrin əhalisinin  XDP-yə səs verməsi siyasi təhlilçiləri təəccübləndirdi.

Bu seçkilərdə AKP-nin az səs toplamasının səbəblərindən biri kimi son illərdə ölkədəki iqtisadi durumun yaxşı olmamasını bilmək olar. Son illərdə inflyasiya və işsizlik bu ölkədə artmış, xarici investisiya qoyuluşu isə azalmışdır. İşsizlik səviyyəsi son 13 ildə ən yüksək həddə 11, 2-ə çatmış, iqtisadi inkişaf isə 2002-cü ildə 6,3-ə çatırdısa, 2014-cü ildə 2,9-a enmişdir.

2002-ci ildə ölkənin xarici borcları 64 milyard 533 milyon dollar idisə, 2014-cü ildə 117 milyard, 697 milyon dollara qalxmışdır. Aşağı iqtisadi durum orta səviyyədən aşağı yaşayan əhali, əsasən də ölkənin şərq və cənub-şərqində yaşayan kürdlər üçün həddindən artıq təzyiq göstərdi. Digər tərəfdən AKP hakimiyyətdə olduğu dövrdə Türkiyə rəsmilərinin vədlərinə baxmayaraq kürdlər, kürd dillinin Türkiyənin ikinci rəsmi dili olması və türki dilinin rəsmi təlimi kimi əsas istəklərinə çatmadılar.

Düzgün olmayan xarici siyasət yürüdülməsi də hakim partiyanın 7 iyun seçkilərində uğursuzluğunun digər bir səbəbidir. Türkiyə dövləti regionda nüfuz qazanmaq üçün ağır xərcləri qəbul etmişdir. Ankaranın Suriyadakı terrorçuları dəstəkləmək, terrormulara lojistik və maddi yardım Türkiyə xalqının, xüsusilə də kürdlərin AKP-yə qarşı inamını azaltdı.

AKP-nin seçkilərdə uğursuzluğunun ən mühüm səbəbi Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın öz ixtiyarlarını artırmaq məqsədilə ölkənin hökumət sistemini parlament sistemindən prezidentlik sisteminə dəyişmək istəməsi ola bilər. Bu proqram çərçivəsində Ərdoğan hakim AKP-nin qalib gəlməsi üçün prezidentlik vəzifəsində bitərəflik mövzusunu riayət etmədi və AKP-nin xeyrinə təblliğata başladı. Nəticələr elan olunduqdan sonra isə koalision hökumətin yaradılmasını AKP-yə tapşırdı. Amma hakim partiya və Ərdoğanın özü zahiri müzakirələ baxmayaraq parlamentdəki digər partiyalarla koalisiya hökuməti qurmağa meyilli deyildi. Ərdoğan bilirdi ki, koalisiya hökuməti qurulsa, hökumət sistemini prezidentlik sisteminə dəyişə bilməyəcək. Ona görə də zaman qazanmaqla və digər partiyalarla koalisiya təşkil etməyin qarşısını almaqla Türkiyə Böyük Millət Məclisinə yeni seçkilər keçirilməsi barədə göstəriş verdi. Suruçda baş verən terror aktı Ərdoğana bu imkanı verdi ki, Xalqların Demokratik Partiyasına səs verən kürdlərdən intiqam alsın, həm də ölkə xalqı arasında millətçilik hisslərini artırmaqla XDP-ni gələcək seçkilərdən kənarlaşdırmaq və AKP-nin qələbəsi üçün zəminə yarada bilsin. Ərdoğan Suruçda baş verən terrroru bəhanə edərək İraqın şimalında PKK mövqelərinə hücum göstərişini verdi, PKK üzvü olan kürd fəallarının həbs edilməsini və parlamentə mandat qazanan XDP nümayəndələrinin məhkəmə təqibini gündəliyə saldı. Bununla da qanuna əsaslanaraq kürd nümayəndələrinin parlementdə təmsil olunmasının qarşısını alsın. Digər tərəfdən də Ərdoğan istəyir ki, kürdlərə hücum etməklə onları hərbi reaksiyaya və zorakılığa məcbur etsin və beləliklə də xalqı, əsasən də XDP-yə səs vermiş ələviləri bu partiyadan döndərsin və xalqda millətçilik hissini coşdursun.

Amma görəsən, Ərdoğan gələcək seçkidə qələbə çalacağına bu qədər əmindir ki, ona görə daxili müharibənin ağır bir xərci ödəməyə hazır olub? Bunun üçün1 noyabrda keçiriləcək gələcək seçkiləri gözləmək lazımdır.

Əli Heydəri Münəvvər, politologiya ixtisası üzrə doktorant

 

  • Yazılıb
  • da (də) 2015 Sep 02