Tarix : 2015 Aug 06
Kod 46275

Qazaxda yanğın hadisəsi qeydə alınıb

Qazax rayonu, Aslanbəyli kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 205 ha sahədə biçilmiş taxıl sahəsi və...

Arannews - Qazaxda yanğın hadisəsi qeydə alınıb .

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytinin  verdiyi xəbərə görə, Qazax rayonu, Aslanbəyli kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 205 ha sahədə biçilmiş taxıl sahəsi və yaxınlıqdakı  vətəndaşa məxsus həyətyanı sahəyə  yığılmış  8 ton ot bağlamasının  4 tonu yanıb. Ot bağlamasının qalan hissəsi  və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub .

Dəmirçilər kəndində isə kənd bələdiyyəsinə məxsus ərazidə 70 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı mesə zolağı yanğından mühafizə olunub .

Hər iki halda yanğın  yanğınsöndürənlər tərəfindən söndürülüb .

  • Yazılıb
  • da (də) 2015 Aug 06