Tarix : 2015 Jul 01
Kod 46120

Möhsün Pak Ayin : İran İslam Respublikası əsla nüvə silahları istehsalının ardınca olmayıb

İranı nüvə silahlarından uzaqlaşdıran məsələ, strateji və məntiqi hesablamalar, həmçinin dini və əxlaqi inanclar olubdur.

Arannews - İranın Bakıdakı səfiri deyib: İran İslam Respublikası əsla nüvə silahları istehsalının ardınca olmayıb .

Möhsün Pak Ayin sonra deyib: Amerikanın 16 kəşfiyyat və təhlükəsizlik orqanından ibarət Amerika Milli Təhlükəsizlik Cəmiyyətinin 2007 və 2012-ci illərdəki dəyərləndirmə hesabatı da bu məsələni təsdiqləyibdir .

İranın Bakıdakı səfiri, Ayətullahuluzma Xameneinin nüvə silahından istifadənin haram olmasına dair qəti fitvasına işarə edərək, deyib: Bu fitvaya dəfələrlə amerikalı rəsmilər tərəfindən işarə edilib .

O, əlavə edib: İranı nüvə silahlarından uzaqlaşdıran məsələ, strateji və məntiqi hesablamalar, həmçinin dini və əxlaqi inanclar olubdur .

İranın Bakıdakı səfiri sionist rejimin 200 nüvə başlığı ilə regionda nüvə silahına malik yeganə tərəf olduğunu qeyd edərək, deyib ki, NPT-yə üzv olmayan bu rejim İranın altılıq ölkələri ilə nüvə razılaşmasının əsas müxalifidir.

  • Yazılıb
  • da (də) 2015 Jul 01