Tarix : 2015 Jun 23
Kod 46080

Azərbaycan Respublikasinda İki körpənin başı kəsildi

iki maskalı şəxs 1 və 3 yaşlı uşaqların başını kəsiblər.

Arannews - Gəncədə dəhşətli qətl hadisəsinin bəzi təfərrufatı bəlli olub.

Gəncə şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə zamanı ailənin 4 nəfər üzvü də evdə olub. Axşam saatlarında iki maskalı şəxs evə daxil olaraq 1 və 3 yaşlı uşaqların başını kəsiblər. Cinəyatkarlar evdən heç nə götürməyərək evi tərk ediblər. Hazırda hadisə yerində polis işləyir.

Xatırladaq ki, Gəncənin “beş yol” adlanan ərazisində yaşayış evində biri 1, digəri 3 yaşlı olmaqla iki uşağın baş kəsilmiş halda meyiti aşkar edilib.

hadisə yerinə polis əməkdaşları cəlb olunub. Əraziyə kənar şəxslərin daxil olmasına icazə verilmir.

Hadisənin kim və hansı səbəbdən törədilməsi ilə bağlı araşdırma aparılır.

  • Yazılıb
  • da (də) 2015 Jun 23