Tarix : 2015 May 19
Kod 45921

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ciddi bir addım ortada yoxdur

B. Muradova : " Dağlıq Qarabağmünaqişəsinin həlli üçün ciddi bir addım ortada yoxdur . Ona görə də biz haqlı olaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini daim tənqid edirik ".

Arannews “ATƏT-in Minsk Qrupunun fəaliyyətinə qiymət vermək üçün nəticəyə baxmaq lazımdır. Danışıqlar prosesindəki məqamları çıxmaq şərtilə, irəliyə doğru heç bir addım atılmayıb”.

Məlumata görə, bunu Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

B. Muradova bildirib ki, müharibəni nisbi sülh əvəz etsə də, Dağlıq Qarabağmünaqişəsinin həlli üçün ciddi bir addım ortada yoxdur: “Ona görə də biz haqlı olaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini daim tənqid edirik. Bununla yanaşı, şəxsən mən düşünürəm ki, həmsədrlərin müəyyən imkanları var ki, prosesi irəliyə aparsınlar. Amma onların özünə bəlli olan, çox zaman bizə də bəlli olan bu və ya digər səbəblərdən prosesi irəli aparmaq istəmirlər. Bu ölkələrin çox geniş imkanları var ki, qarşı tərəfi münaqişənin həlli üçün ciddi addımlara məcbur etsinlər. Biz faktiki bunu görmürük, ona görə də hər kəs ATƏT-in Minsk Qrupu barədə ciddi  tənqidlər səsləndirir .

BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvü – ABŞ, Fransa və Rusiya Minsk Qrupunun həmsədrliyində təmsil olunur. Həmsədrlər bəyanatlarda ümumi rəy söyləsələr də, əməldə vahid mövqe ortaya qoya bilmirlər. Bəzi hallarda birinin aktivliyi digərinin passivliyi, yaxud işə dolayı maneçiliyi ilə rastlaşır.

ABŞ, Rusiya və Fransanın vahid iradəsindən çox şey asılıdır. Əgər onlar doğrudan da dünyadakı mövcud düzənlə bağlı beynəlxalq hüququn prinsiplərinin, ölkələrin ərazi bütövlüyünün vacibliyini bir daha vurğulayaraq irəliyə addım atmaq istəsələr, üçlükdə də məsələni həll edə bilərlər " .

  • Yazılıb
  • da (də) 2015 May 19