Tarix : 2015 May 12
Kod 45877

İran XİN-in sözçüsü : rəsmi Tehran Dağlıq Qarabağda keçirilən qondarma parlament seçkilərini tanımır

Mərziyyə Əfxam : "İran regionda sülh, təhlükəsizlik və sabitliyi poza biləcək istənilən fəaliyyətin əleyhinədir"

Arannews  - İran XİN-in sözçüsü  Mərziyyə Əfxam Qarabağda keçirilən qondarma seçkilərlə bağlı açıqlama verib.

O, Tehranda keçirdiyi ənənəvi həftəlik brifinqdə deyib ki, rəsmi Tehran Dağlıq Qarabağda keçirilən qondarma parlament seçkilərini tanımır və hesab edir ki, belə addımlar münaqişənin aradan qaldırılması üçün aparılan danışıqlar prosesini çətinləşdirir.

 İranın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İranın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını və buna hörmətlə yanaşdığını bildirib: "İran regionda sülh, təhlükəsizlik və sabitliyi poza biləcək istənilən fəaliyyətin əleyhinədir".

  • Yazılıb
  • da (də) 2015 May 12