Tarix : 2015 May 11
Kod 45870

Londonda Kamerona qarşı aksiya keçirilir

Londonda Kamerona qarşı keçirilən aksiyalar qarşıdurmaya çevrildi

Londonda Kamerona qarşı aksiyalar qarşıdurmaya çevrildi .

Arannews - İngiltərədə mühafizəkarlar partiyasının rəhbəri Devid Kameronun yenidən baş nazir seçilməsinə etiraz edən əhali Londonun küçələrinə axışıb.

 Əvvəlcə aksiya dinc şəkildə keçirilib. Üzvlər qazanları bir-birinə vurur və söyüş söyürdülər. Sonra baş nazirin  rezidensiyasının yaxınlığında aksiya polislə qarşıdurmaya çevrilir. Etirazçılar  polislərə  butılka, banka və tüstü bombası atmağa başlayır. Polilərdən ikisinin yaralandığı bildirilir.

Xatırladaq ki, Devid Kameronun  rəhbərlik etdiyi mühafizəkarlar Partiyası parlamentdə 323 yerə sahib olub. Bu da koalisiya daxil olmadan hökumət qurmaq üçün yetərsaydır.

  • Yazılıb
  • da (də) 2015 May 11