Tarix : 2015 May 09
Kod 45855

İran Islam Respublikasinda Bir Ata oğlunun qatilini edam zamanı bağışlayıb

89 yaşlı iranli özü qatilin boğazından kəndiri çıxarıb

Arannews İranda bir ata oğlunun qatilini edam zamanı bağışlayıb.

89 yaşlı iranlı Möhsün adlı fermerin ‪ bir neçə müddət bundan əvvəl gözünün ağı-qarası olan oğlu qətlə yetirilib.

Qatil İran hüquq-mühafizə orqanları tərəfindən tutularaq aidiyyəti üzrə Islam qanunlarıyla məsuliyyətə cəlb olunub. Amma bu gün Möhsün oğlunun qatilini bağışlayıb. Qeyd edək ki, qatil barəsində ölüm hökmü 8 may tarixində həyata keçəcəkdi.

 O,  8 mayda edam olunacaqdı. Amma göründüyü kimi, qətlə yetirilənin atası oğlunun qatilini bağışlayır. Bu mənzərə dünyanın bir çox yerlərində böyük maraq doğurub.

Məlumata görə,  Möhsün özü qatilin boğazından kəndiri çıxarıb.

  • Yazılıb
  • da (də) 2015 May 09