Tarix : 2015 May 07
Kod 45844

Yəmən husiləri Əlqaidə ilə savaşan əsl mübarizlərdirlər

Amerika senatının üzvü deyib ki, Ərəbistan və Türkiyə İŞİD-in əsas hamiləri, husilər də Əlqaidəyə qarşı savaşan əsl mübarizlərdirlər

Arannews - Amerika senatının üzvü vurğulayıb ki, Yəmən husiləri Əlqaidə ilə savaşan əsl mübarizlərdirlər.

Amerika senatının üzvü Riçard Blak deyib ki, Ərəbistan və Türkiyə İŞİD-in əsas hamiləri, husilər də Əlqaidəyə qarşı savaşan əsl mübarizlərdirlər.

O, həmçinin xatırladıb: Husilərin Yəməndə irəliləmələrindən sonra Vaşinqton Post qəzetinin dərc etdiyi xəritədən aydın olur ki, onlar Əlqaidə-nin nəzarəti altında olan məntəqələrdə savaşırlar.

Bu amerikalı senator qeyd edib ki, Yəməndəki amerikalı qüvvələr Əlqaidə-nin nəzarəti altında olan məntəqələrdən heç birinə daxil ola bilməzdilər, amma husilər Əlqaidə-nin mühüm məntəqələrindən birni nəzarət altına ala bildilər.

O, vurğulayıb ki, Amerika iqtisadi maraqlar, ailəvi əlaqələr və bu kimi dəlil və məsələlər üzündən Ərəbistanla həmkarlıq edir, halbuki, Ərəbistan dünyada terrorizmin mühərrikidir.

Riçard Blak deyib ki, Əlqaidə, İŞİD və ya Boko Haram səudiyyəli vəhhabi təfəkkürə malikdirlər və Vaşinqtonun onlarla əlaqələrinin olması təəssüfləndirici haldır.

  • Yazılıb
  • da (də) 2015 May 07