Tarix : 2015 May 07
Kod 45841

AİP ABŞERON KOMİTƏSİ BƏYANAT VERDİ

AİP Abşeron Komitəsi : Hər bir Azərbaycan vətəndaşı kimi Ruhulla Axundzadənin pozulmuş hüquqlarının bərpa olunmasını, yəni məhbusa normal şəraitdə müalicə təyin edilməsini tələb edirik.

Arannews - Azərbaycan İslam Partiyasının Abşeron rayon Komitəsi hicab məhbusu Ruhulla Axundzadənin səhhətinin pisləşməsi ilə bağlı etiraz bəyanatı yayıb.

Bəyanatda deyilir:

Bismillahi Rəhmani Rəhhim

Hicab məhbusu Ruhulla Axundzadənin səhhəti ilə bağlı yazdığı məktub bizi məyus etdi. Onun səhhətinin acınacaqlı olması bizi ciddi narahat edir.

AİP Abşeron Komitəsi olaraq aidiyyatlı orqanlardan bu məsələnin ciddi araşdırılamsını və tədbirlər görülməsini tələb edirik.

Hər bir Azərbaycan vətəndaşı kimi Ruhulla Axundzadənin pozulmuş hüquqlarının bərpa olunmasını, yəni məhbusa normal şəraitdə müalicə təyin edilməsini tələb edirik.

Belə mənfi halların baş verməməsini, o cümlədən, günahsız olaraq həbsə salınmış ictimai xadim və din alimlərinin tezliklə azadlığa buraxılmasını adiyyatlı oraqanların daim diqqət mərkəzində olmasının vacibliyini düşünürük.

 

Azərbaycan İslam Partiyasının Abşeron rayon Komitəsi

2015.05.06

  • Yazılıb
  • da (də) 2015 May 07