Tarix : 2015 Apr 22
Kod 45747

Bu gün İmam Məhəmməd Nəqinin (ə) şəhid edilən günüdür

Rəcəb ayının 3-ü İmam Məhəmməd Nəqinin (ə) şəhid edilən günüdür

qəməri tarixi ilə rəcəb ayının 3-ü müsəlmanların 10-cu imamı Əli ibn Məhəmməd ən-Nəqinin (ə) şəhid edilən günüdür.

Arannews -  hicri-qəməri təqviminin 214-cü ilində zilhiccə ayının ortalarında Mədinədə dünyaya gələn həzrət Abbasi xəlifəsi Mutəzed tərəfindən İraqın Samirra şəhərindəki hərbi qərargahların birində daim nəzarət altında saxlanılırdı və məhz bu səbəbdən ona          və 11-ci imama "əl-Əsgəri" ləqəbləri verilib.

Bundan başqa, ona sahib olduğu fəzilətlərə görə yaşadığı dövrdə xalq tərəfindən bir çox digər ləqəblər də verilib: "Hadi" (yol göstərən), "Nağı" (pak), "Əmin" (əmanət saxlayan), "Nasih" (nəsihətçi) və sair.

Mutəzed imamın günbəgün artan nüfuzundan qorxaraq, hicrətin 254-cü ilində o həzrəti zəhərləyir.

Hədislərə görə, imam bir neçə dildə danışıb, digər dinlər və millətlərin alimləri ilə münasibətlər qurub. imamin haqqında saysız-hesabsız fəzilətli sifət və kəramət (möcüzə) sahibi olduğu nəql edilir. imamın məqbərəsi Samirrada yerləşir. 

  • Yazılıb
  • da (də) 2015 Apr 22