Tarix : 2015 Apr 20
Kod 45731

Mübarək Rəcəb ayı daxil oldu

Peyğəmbər(s) buyurur ki, Mübarək Rəcəb ayı istiğfar (Allahdan bağışlnma istəmək) ayıdır

Arannews -  Mübarək Rəcəb ayına qüsl ilə daxil olmaq müstəhəbdir. Bu ayın ilk gecəsi il boyu dörd mühüm gecədən biridir ki, ehya saxlamaq və ibadət etmək çox təkid olunmuşdur .

Mübarək Rəcəb ayının 13-ü Mövla Əlinin (ə) doğum günüdür. Bir çox müsəlman toplumlar bu günü "Atalar günü" yaxud "Kişilər günü" kimi qeyd edirlər. Bu gündən etibarən ibadət əhli məscidlərə toplaşıb, 3 gün oruc tutub sırf ibadətlə məşğul olub etikaf saxlayırlar .

Rəcəb ayının 15-ci günü isə ilin çox şərafətli günlərindən biridir ki, xüsusilə oruc tutmaq möminlərə sifariş olunmuşdur .

Mübarək Rəcəb ayının birinci cümə axşamına ləylət-ül-Rəğaib yəni “arzu və istək gecəsi” deyirlər. Bu gecəyə məxsus əməllər vardır ki, öz növbəsində bu gecənin necə də əhəmiyyətli və fəzilətli olmasının göstəricisidir .

Həzrət Məhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) buyurur ki : Rəcəb ayının ilk cümə axşamından qafil olmayın.

Rəcəb ayının birinci dördüncü gününü imkan daxilində oruc tutmaq çox tövsiyə olunmuşdur. Hədislərə əsasən Məğrib (şam) namazı ilə İşa (xuftən) namazının arasında bu gecəyə məxsus 12 rükətli namaz (eyni niyyətli 2 rükətli 6 namaz) vardır ki, aşağıdakı qaydada qılınmalıdır :

- Azan və iqaməsiz Rəcəb ayına məxsus namaz niyyəti ilə Təkbirət-ul-ihram (Allahu Əkbər) deyib namaza başlamaq

- Hər iki rükətdən sonra təşəhhüd – salam deyib namazı bitirmək

- Hər rükətdə “Həmd” (Fatihə) surəsindən sonra 3 dəfə Mübarək “Qədr” (İnna ənzəlna) surəsini və ardınca 12 dəfə “İxlas” (Qul huvəllah) surəsini oxumaq lazımdır .

- Bu minvalla 6 namaz bitdikdən sonra 70 dəfə bu zikri “Əllahummə səlli əla Muhəmmədin-Nəbiyyil-ummi və əla Alih” demək lazımdır .

- Ardınca səcdəyə gedib 70 dəfə bu zikri “Subbuhun Quddus, Rəbbul-məlaikəti vər-Ruh” təkrarlamaq

- Səcdədən qalxıb “Rəbbiğfir vərhəm və təcavəz əmma tə'ləm, innəkə Əntəl-əliyyul-ə'zəm” zikrini 70 dəfə təkrarlamaq

- Zikrlər bitdikdən sonra bəndə hacətlərini Allahdan istəyir .

 

Bu məqamda nə qədər arzu və istək vardırsa Allahdan istənilsin ki, bəndənin zərərinə olmadığı təqdirdə hacətlərin qəbul olması vədi verilmişdir .

Bu namaz barədə Peyğəmbərimiz Həzrət Məhəmməd (s) buyurmuşdur :

Allah Taala qəbrin birinci gecəsi bu namazı qılan şəxsin hüzuruna onun savabını şirin dilli gözəl simada göndərər. O, meyitə deyər: Ey mənim dostum, sənə müjdəm var. Sən bütün sıxıntı və ağrıdan nicat tapmısan !

Meyit ondan soruşar: Sən kimsən ?

Gözəl simalı varlıq cavab verər: Mən həmin namazın savabıyam ki, filan gecə, filan ayda, filan ildə sən qılmısan. Bu gecə yanına gəlmişəm haqqını ödəyəm, tənhalığında munisin olub qorxunu səndən götürəm, İsrafilin şeypuru (suru) çalınanda və qiyamət günü bərpa olunan zaman isə mən başının üzərində sənə kölgə salacağam .

Hörmətli oxucuların nəzərinə çatdırırıq ki, Rəcəb ayına məxsus əməllər; oruc, namaz və zikrlər hamısı müstəhəbb əməllər, yəni yerinə yetirilməsi vacib olmayan lakin Allah tərəfindən çox bəyənilən əməllər kateqoriyasına aiddir .

Səccad adlı bir şəxs altıncı imam Hz. İmam Cəfər Sadiqin (ə) hüzuruna gəlib söylədi: Rəcəb ayı üçün mənə bir dua öyrədin ki, onu oxumaqla Allah Taala mənə xeyir və mənfəət yetirsin .

Hz. İmam Sadiq (ə) buyurdu: Rəcəb ayında hər gün vacib gündəlik namazlardan sonra bu duanı oxu .

Duanın latın əlifbası ilə ərəbcə oxunuşu :

 

Ya mən ərcuhu likulli xəyr və amənu səxətəhu ində kulli şərr ,

Ya mən yu'til-kəsirə bil-qəlil ,

Ya mən yu'ti mən səələhu ,

Ya mən yu'ti mən ləm yəsəlhu və mən ləm yərifhu təhənnunən minhu və rəhməh ,

Ə'tini bi-məsələti iyyakə cəmiə xəyrid-dunya və cəmiə xəyril-axirəh ,

Vəsrif ənni bi-məsələti iyyakə cəmiə şərrid-dunya və şərril-axirəh ,

Fə-innəhu ğəyru mənqusin ma ə'təytə və zidni min fəzlikə ya Kərim .

Bu məqamda qadınlar saçlarından, kişilər isə saqqallarından sol əllə (işarə mənasında) tutaraq, sağ əlin şəhadət barmağını sağa-sola tərpədib, oxuyur :

Ya zəl-cəlali vəl-ikram ,

Ya zən-nə’mai vəl-cud ,

Ya zəl-mənni vət-təvli ,

Hərrim şəybəti ələn-nar.

  • Yazılıb
  • da (də) 2015 Apr 20