Tarix : 2015 Mar 31
Kod 45643

Azərbaycanlı ekspert Yəmənə qarşı səudiyyəli-amerikalı irimiqyaslı təcavüzünü pisləyib

Qabil Hüseynli Ərəbistan və müttəfiqlərinin Yəmənin yaşayış massivləri, Ənsarullah Hərəkatının müxtəlif bölgələrdəki mərkəzlərinə qarşı qanlı hücumları və günahsız insanlar, o cümlədən uşaq və qadınların qətliam edilməsinin heç bir məntiqə sığmadığını deyib

Arannews -  Azərbaycan Respublikasında siyasi məsələlər üzrə ekspert Yəmənə qarşı səudiyyəli-amerikalı irimiqyaslı təcavüz və müdafiəsiz vətəndaşların qətliam edilməsinin davam etməsini pisləyib.

Azərbaycan Respublikasında siyasi ekspert Qabil Hüseynli bu təcavüzü Ərəbistanın Yəmənin daxili məsələlərində açıq-aşkar müdaxilə, beynəlxalq qanunlar və ölkələrin hakimiyyət hüququna zidd adlandırıb və onun dayandırılmasını istəyib .

Qabil Hüseynli Ərəbistanın Yəmənə hücumunda əsas məqsədini əlaltı hökuməti bu ölkədə iqtidara gətirmək, öz mənafeyini təmin və Yəmənə nəzarət etmək adlandırıb .

Azərbaycanlı siyasi ekspert Ərəbistan və müttəfiqlərinin Yəmənin yaşayış massivləri, Ənsarullah Hərəkatının müxtəlif bölgələrdəki mərkəzlərinə qarşı qanlı hücumları və günahsız insanlar, o cümlədən uşaq və qadınların qətliam edilməsinin heç bir məntiqə sığmadığını deyib .

Cümə axşamı gününün ilk saatlarından Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmənə qarşı başlatdıqları hərbi təcavüz istefa vermiş və fərari prezident Əbd Rəbbə Mənsur Hadiyə dəstək bəhanəsini daşıyır. Bu hücumlarda yüzlərlə vətəndaş, o cümlədən uşaq və qadınlar həlak olmuşlar.

  • Yazılıb
  • da (də) 2015 Mar 31