Tarix : 2015 Mar 30
Kod 45637

Amerika geo-strateji baxımdan mühüm məntəqədə yerləşən Yəməni itirmək istəmir

Elə buna görə də, Ərəbistan və bir neçə ərəb ölkəsinin əli ilə bu prosesin qarşısını almağa çalışırlar

Arannews - Azərbaycan Yaşıllar Partiyasının sədri Ərəbistanın Yəmənə olan hücumlarını Qərbin Yaxın Şərqlə bağlı siyasətlərinin davamı adlandırıb.

Mais Güləliyev bazar günü İRNA ilə eksklüziv müsahibəsində Ərəbistanın Yəmənə olan hücumlarının arxasında Qərb xüsusilə də Amerikanın Yaxın Şərq ölkələri arasında ixtilafların qızışdırılması və yaranan gərginlik fonunda öz siyasətlərinin diktə edilməsi planının durduğunu deyib .

Mais Güləliyev Ərəbistan və bir neçə ərəb ölkəsinin Yəmənə qarşı hücumlarının arxasında Amerikanın durduğunu deyərək, əlavə edib: Amerika geo-strateji baxımdan mühüm məntəqədə yerləşən Yəməni itirmək istəmir .

Azərbaycan Yaşıllar Partiyasının sədri daha sonra deyib: Yaxın Şərq olayları xüsusilə Yəmən xalqının ölkədə xalq hökumətinin formalaşması və müstəqil siyasətin yürüdülməsi üzrə səyləri Amerika və onun müttəfiqlərini ciddi narahat edib. Buna görə də Qərb Yəməndə cərəyan edən hadisələri öz maraqları üçün uyğun olmayan nümunə hesab edir .

"Qərb və onun regiondakı müttəfiqləri Yəməndə xalq qiyamının Yaxın Şərqin digər ölkələri üçün bir nümunəyə çevrilməsindən nigarandırlar. Bu isə Qərb dövlətlərinin regiondakı maraqlarını ciddi təhlükəyə ata bilər. Elə buna görə də, Ərəbistan və bir neçə ərəb ölkəsinin əli ilə bu prosesin qarşısını almağa çalışırlar." Mais Güləliyev belə deyib .

Azərbaycan Yaşıllar Partiyasının sədri Yəmən böhranı və bu ölkəyə qarşı müharibənin başladılmasını regionun təhlükəsizliyi üçün ciddi təhdid adlandırıb və deyib: Qərb mövcud vəziyyətin davam etməsi və region ölkələrinin zəifləməsindən faydalanır.

  • Yazılıb
  • da (də) 2015 Mar 30