Tarix : 2015 Mar 29
Kod 45626

İstanbulda Yəmənə dəstək aksiyası keçirildi

baş tutan aksiyada Etirazçılar "Rədd olsun Amerika, rədd olsun İsrail", "Yəmən xalqı tək deyil", "Səud sultanı neçəyə satdın ümməti?" şüarları səsləndiriblər

Arannews -  Türkiyənin İstanbul şəhərində Yəmən xalqına dəstək məqsədi ilə aksiya keçirilib .

İstanbulun Halkalı bölgəsində yerləşən Zeynəbiyə məscidində qılınan axşam namazından sonra aksiya baş tutub.

Etirazçılar "Rədd olsun Amerika, rədd olsun İsrail", "Yəmən xalqı tək deyil", "Səud sultanı neçəyə satdın ümməti?" şüarları səsləndiriblər.

Yürüş mitinqində Yəmən bayraqı dalğalandırılıb. Nümayişin sonunda ABŞ və İsrail bayraqları yandırıllıb .

Nümayişçilər yürüşü Halkalı meydanında tamamlayıb.

  • Yazılıb
  • da (də) 2015 Mar 29