Tarix : 2015 Mar 18
Kod 45593

Serj Sarkisyan 2018-ci ilədək prezident vəzifəsində qalmaq niyyətindədir

bu haqda Sarkisyan "Erməni ümummilli hərəkatı" partiyası üzvləri ilə görüşdə açıqlama verib

Arannews -  Ermənistan prezidenti Serj Sarkisyan ölkədə konstitusiya islahatları keçirildikdən sonra baş nazir olmaq niyyətində deyil .

Bu haqda "Erməni ümummilli hərəkatı" partiyasının sədri Ararat Zurabyan bildirib. Onun sözlərinə görə, bu haqda Sarkisyan partiya üzvləri ilə görüşdə açıqlama verib .

Zurabyan iclasda Sarkisyana belə bir sual verib: "Əgər ölkə parlament idarə üsuluna keçəcəksə, prezident 2017-ci il parlament seçkilərində nə edəcək? Sarkisyan cavabında bildirib ki, 2018-ci ilədək prezident vəzifəsində qalmaq niyyətindədir .

Zurabyananın sözlərinə görə, Sarkisyan parlament spikeri vəzifəsində də çalışa bilməyəcək. Çünki prezident 2017-ci ildə istefaya getməli və parlament seçkilərində iştirak etməlidir. Yalnız bundan sonra Sarkisyan deputat olmalı və parlament sədri vəzifəsinə iddia etməlidir.

  • Yazılıb
  • da (də) 2015 Mar 18