Tarix : 2015 Mar 16
Kod 45577

Milli Şura "Talana son!" adlı mitinqi keçirdi

Hakimiyyət xalqın bütün sərvətini oğurlasa da, insanların mübarizə ruhunu oğurlaya bilməz
Arannews -  "Talana son” şüarı ilə keçirilən mitinqdə Milli Bankın elan etdiyi devalvasiya, manatın 33 faiz dəyərdən düşməsi və bunun insanların yaşayışına mənfi təsirinə etiraz edilir.
Mitinqin aparıcısı AXCP sədrinin müavini Əbülfəz Qurbanlı Milli Şuranın aksiya keçirməsinin bir sosial tələb olduğunu bildirib. Daha sonra Əli Kərimli çıxış etməyə başlayıb. O, hakimiyyəti xalqa qarşı divan tutmamağa çağırıb.
AXCP sədri Əli Kərimli isə çıxışında bildirib ki, bu gün meydana toplananlar bir nəfər kimi hakimiyyətin talanına “yox” deyənlərdir: “Uca millətim! Səni çaşdırıb, aldada bilmədilər. Yenə meydanlardasan. Onları, sənə zülm edənləri yox, sənə azadlıq gətirmək istəyənləri seçdin. Eşq olsun sizlərə! Azərbaycan xalqına on illərlə zülm edən sülalə hakimiyyəti sizlərdən qorxur. Çalışdılar ki, buraya, bu meydana gəlməyəsiniz. Neçə həbslər oldu, şayiə mexanizimini işə saldılar. Bir amalları vardı, siz qəddinizi düzəltməyəsiniz. Yox demək üçün meydanlara axışmayasınız. Amma siz onları məyus etdiniz. Bu gün bu meydanı doldurdunuz. Bizim hamımızı bu gün bu meydana toplayan 21 fevralda hökuməti hamımızın cibinə girməsi, 34 faiz bizi kasıblaşdırması oldu. Ondan əvvəl isə bizə vəd verirdilər. Dekabr ayında dövlət başçısı dedi ki, neftin qiymətinin düşməsini hiss etməyəcəksiniz. Yanvarda dedi ki, hamınız pulunuzu manatda saxlayın, narahat olmayın. Fevralda isə milyonlarla manat xalqa ziyan vurdular. Bu gün buradayıq ki, bu talana yox deyək. Çünki sosial-iqtisadi böhran bir təbii fəlakət deyil, obyektiv səbəblərlə bağlı deyil. Sizin yarıtmaz siyasətinizin nəticəsidir!”. 
Çıxışının sonunda Ə.Kərimli qeyd edib ki, xalqın mübarizəsi nəticəsiz qalmayacaq: “Biz öz azadlığımıza qovuşacağıq!”.
AXCP sədrinin müavini Gözəl Bayramlı isə bildirib ki, hakimiyyət xalqla hesablaşmır: “Azərbaycan dərin sosial-iqtisadi böhran içərisindədir. Hakimiyyətin apardığı yarıtmaz siyasət buna gətirib çıxarıb. Azərbaycan iqtisadiyyatı neft üzərində qurulub, neftdən asılı duruma salınıb. Azərbaycan hakimiyyəti xalqla hesablaşmır. Biz bu siyasətə, bu talana “yox!“ demək üçün buradayıq”.
Milli Şuranın üzvü Hacı Rövşən Əhmədli isə meydana gələnləri bu cür salamlayıb: “Zülmətə boyun əyməyib, öz qorxusuna üstün gəlib meydana gələn cəsarətli insanlara salam olsun. Torpaqların azadlığını gözləyən şəhid ruhlarına salam olsun. Əsirlikdə azadlığını gözləyən Azərbaycan insanına salam olsun. Zülmə boyun əymədiyinə görə məhbəsdə olan Azərbaycan insanına salam olsun. Bu gün bu millətin yalnız manatı oğurlanmayıb. Millətin haqqına təcavüz ediblər. Biz buna “yox!” deyirik”. 
O, son olaraq vurğulayıb ki, zülmə boyun əymək olmaz, mübarizə aparmaq lazımdır. 
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə deyib ki, manatın ucuzlaşdırılması hakimiyyətin Azərbaycan xalqının başına gətirdiyi növbəti fəlakətdir: “Azərbaycan hakimiyyətinin ən böyük ümidi o idi ki, bu özbaşınalıqla, azğınlıqla bu xalq barışacaq. Ümid edirdilər. Ancaq bu gün meydana gələnlər hakimiyyətin üzünə çırpdı ki, biz kölə deyilik, biz xalqıq. Bu ölkədə təkcə manat yox, bizim bütün haqqımız oğurlanıb!”.

C.Həsənli bildirdi ki, fevralın 21-də Mərkəzi Bank qərarını şənbə günü verməsi təsadüfi deyil: "Mən tarixçiyəm. İndiyə qədər faşist rejimləri öz anti-xalq qərarlarını şənbə günləri qəbul ediblər. Musolini, Hitler əksər anti-xalq qərarların şənbə günü verib. Çünki həmin gün ziyalılar istirahət edir, mətbuat işləmir. Bu hakimiyyətdə manatı məhz fevralın 21-də "qara şənbə" günü ucuzlaşdırdı".
C.Həsənli çıxışının sonunda qeyd edib ki, növbəti mitinq aprelin 5-də, saat 15.00-da eyni məkanda keçiriləcək. Və 15 mart mitinqi son deyil, bir başlanğıcdır. 
Sonda mitinqin qətnaməsi səsləndirilib. Qətnamədə ilk olaraq manatın qəfil ucuzlaşmasının nəticəsində xalqa dəymiş ziyanın kompensasiya edilməsi tələb edilib. Həmçinin, maaşların, təqaüdlərin azı 30-40 faiz artırılması, korrupsiya və monopoliyanın durdurulması, bank kreditlərinin faizlərinin aşağı salınması, sahibkarlara qarşı təzyiqin dayandırılması tələb olunub. 
Eyni zamanda, Qarabağ qazilərinə qanunvericilikdə nəzərdə tutulan "qan pulu"nun ödənilməsi, seçki islahatının aparılması, siyasi məhbusların azad edilməsi da tələblər arasındadır.

Arannews -  "Talana son” şüarı ilə keçirilən mitinqdə Milli Bankın elan etdiyi devalvasiya, manatın 33 faiz dəyərdən düşməsi və bunun insanların yaşayışına mənfi təsirinə etiraz edilir .

Mitinqin aparıcısı AXCP sədrinin müavini Əbülfəz Qurbanlı Milli Şuranın aksiya keçirməsinin bir sosial tələb olduğunu bildirib. Daha sonra Əli Kərimli çıxış etməyə başlayıb. O, hakimiyyəti xalqa qarşı divan tutmamağa çağırıb .

AXCP sədri Əli Kərimli isə çıxışında bildirib ki, bu gün meydana toplananlar bir nəfər kimi hakimiyyətin talanına “yox” deyənlərdir: “Uca millətim! Səni çaşdırıb, aldada bilmədilər. Yenə meydanlardasan. Onları, sənə zülm edənləri yox, sənə azadlıq gətirmək istəyənləri seçdin. Eşq olsun sizlərə! Azərbaycan xalqına on illərlə zülm edən sülalə hakimiyyəti sizlərdən qorxur. Çalışdılar ki, buraya, bu meydana gəlməyəsiniz. Neçə həbslər oldu, şayiə mexanizimini işə saldılar. Bir amalları vardı, siz qəddinizi düzəltməyəsiniz. Yox demək üçün meydanlara axışmayasınız. Amma siz onları məyus etdiniz. Bu gün bu meydanı doldurdunuz. Bizim hamımızı bu gün bu meydana toplayan 21 fevralda hökuməti hamımızın cibinə girməsi, 34 faiz bizi kasıblaşdırması oldu. Ondan əvvəl isə bizə vəd verirdilər. Dekabr ayında dövlət başçısı dedi ki, neftin qiymətinin düşməsini hiss etməyəcəksiniz. Yanvarda dedi ki, hamınız pulunuzu manatda saxlayın, narahat olmayın. Fevralda isə milyonlarla manat xalqa ziyan vurdular. Bu gün buradayıq ki, bu talana yox deyək. Çünki sosial-iqtisadi böhran bir təbii fəlakət deyil, obyektiv səbəblərlə bağlı deyil. Sizin yarıtmaz siyasətinizin nəticəsidir !”.

Çıxışının sonunda Ə.Kərimli qeyd edib ki, xalqın mübarizəsi nəticəsiz qalmayacaq: “Biz öz azadlığımıza qovuşacağıq !”.

AXCP sədrinin müavini Gözəl Bayramlı isə bildirib ki, hakimiyyət xalqla hesablaşmır: “Azərbaycan dərin sosial-iqtisadi böhran içərisindədir. Hakimiyyətin apardığı yarıtmaz siyasət buna gətirib çıxarıb. Azərbaycan iqtisadiyyatı neft üzərində qurulub, neftdən asılı duruma salınıb. Azərbaycan hakimiyyəti xalqla hesablaşmır. Biz bu siyasətə, bu talana “yox!“ demək üçün buradayıq ”.

Milli Şuranın üzvü Hacı Rövşən Əhmədli isə meydana gələnləri bu cür salamlayıb: “Zülmətə boyun əyməyib, öz qorxusuna üstün gəlib meydana gələn cəsarətli insanlara salam olsun. Torpaqların azadlığını gözləyən şəhid ruhlarına salam olsun. Əsirlikdə azadlığını gözləyən Azərbaycan insanına salam olsun. Zülmə boyun əymədiyinə görə məhbəsdə olan Azərbaycan insanına salam olsun. Bu gün bu millətin yalnız manatı oğurlanmayıb. Millətin haqqına təcavüz ediblər. Biz buna “yox!” deyirik ”.

O, son olaraq vurğulayıb ki, zülmə boyun əymək olmaz, mübarizə aparmaq lazımdır .

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə deyib ki, manatın ucuzlaşdırılması hakimiyyətin Azərbaycan xalqının başına gətirdiyi növbəti fəlakətdir: “Azərbaycan hakimiyyətinin ən böyük ümidi o idi ki, bu özbaşınalıqla, azğınlıqla bu xalq barışacaq. Ümid edirdilər. Ancaq bu gün meydana gələnlər hakimiyyətin üzünə çırpdı ki, biz kölə deyilik, biz xalqıq. Bu ölkədə təkcə manat yox, bizim bütün haqqımız oğurlanıb !”.

 

C.Həsənli bildirdi ki, fevralın 21-də Mərkəzi Bank qərarını şənbə günü verməsi təsadüfi deyil: "Mən tarixçiyəm. İndiyə qədər faşist rejimləri öz anti-xalq qərarlarını şənbə günləri qəbul ediblər. Musolini, Hitler əksər anti-xalq qərarların şənbə günü verib. Çünki həmin gün ziyalılar istirahət edir, mətbuat işləmir. Bu hakimiyyətdə manatı məhz fevralın 21-də "qara şənbə" günü ucuzlaşdırdı ".

C.Həsənli çıxışının sonunda qeyd edib ki, növbəti mitinq aprelin 5-də, saat 15.00-da eyni məkanda keçiriləcək. Və 15 mart mitinqi son deyil, bir başlanğıcdır .

Sonda mitinqin qətnaməsi səsləndirilib. Qətnamədə ilk olaraq manatın qəfil ucuzlaşmasının nəticəsində xalqa dəymiş ziyanın kompensasiya edilməsi tələb edilib. Həmçinin, maaşların, təqaüdlərin azı 30-40 faiz artırılması, korrupsiya və monopoliyanın durdurulması, bank kreditlərinin faizlərinin aşağı salınması, sahibkarlara qarşı təzyiqin dayandırılması tələb olunub .

Eyni zamanda, Qarabağ qazilərinə qanunvericilikdə nəzərdə tutulan "qan pulu"nun ödənilməsi, seçki islahatının aparılması, siyasi məhbusların azad edilməsi da tələblər arasındadır.


  • Yazılıb
  • da (də) 2015 Mar 16