millət vəkili : Dini təhsil almağa marağı olan gənclərin böyük əksəriyyəti bunun üçün digər ölkələrə üz tutur
Arannews - Azərbaycan Respublikası Milli Məclisinin üzvü ölkə daxilində dini təhsilə şəraitin yaradılmasını istəyib.
millət vəkili Zahid Oruc dünən Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasında deyib: Ölkə daxilində dini təhsilin alınmasına şəraitin yaradılmasına zərurət yaranıb.
Z.Oruc əlavə edib: "Dini Etiqad Azadlığı Haqqında Qanun"a da dəyişiklik edilməli və lazım gələrsə, dini dərslərin tədris edilməsi üçün xaricdən savadlı müəllimlər dəvət olunmalıdır ki, ölkə daxilində dini təhsilə şərait yaransın.
Zahid Oruc əlavə edib: Dini təhsil almağa marağı olan gənclərin böyük əksəriyyəti bunun üçün digər ölkələrə üz tutur .
Xatırladaq ki, təqribən 3 il öncə Azərbaycan Respublikası Parlamentində "Dini Etiqad Azadlığı Haqqında Qanun"a dəyişiklik edildi ki, bu da dini cəmiyyətlərin fəaliyyətlərində bir sıra məhdudiyyətlərə yol açdı.