Tarix : 2015 Feb 21
Kod 45448

Azərbaycan güləşçiləri Dünya Kubokunun qalibi olub

Azərbaycan yunan-Roma güləşi tarixində ilk dəfə Dünya Kubokunun sahibi olub

Arannews - Azərbaycanın yunan-Roma güləşi üzrə yığması İranın paytaxtı Tehran şəhərində keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokunun qalibi olub .

Azərbaycan güləşçiləri fevralın 20-də finalda digər qrupun birincisi olmuş Rusiya yığması ilə qarşılaşıb. Gərgin keçən görüş 4:4 hesablı bərabərliklə tamamlanıb. Ancaq xalların keyfiyyətinə görə 18:17 hesabı ilə komandamızın xeyrinə başa çatıb. Bu nəticə ilə Azərbaycan yunan-Roma güləşi tarixində ilk dəfə Dünya Kubokunun sahibi olub .

 

Azərbaycan - Rusiya 4:4 (18:17)

 

59 kq - Elman Muxtarov - Z.Kabaloyev 2:3

66 kq - Həsən Əliyev - A.Surkov 5:1

71 kq - Rəsul Çunayev - Çingiz Labazanov 2:0

75 kq - Elvin Mürsəliyev - Roman Vlasov 0:8

80 kq - Rafiq Hüseynov - E.Saleyev 2:1

85 kq - İslam Abbasov - Davit Çakvetadze 5:0 (təmiz qələbə)

98 kq - Orxan Nuriyev - Nikita Melnikov 0:5

130 kq - Sabah Şəriəti - S.Semyonov 1:2

  • Yazılıb
  • da (də) 2015 Feb 21