Tarix : 2015 Jan 14
Kod 45277

Tarixdə Azərbaycan adlı dövlət olmayıb

Əksini iddia edən, etiraz edən varsa, nümunə gətirib bizləri inandırsın. Kimsə özü üçün uydurduğu yalan tarixə, saxta qəhrəmanlara sitayiş edirsə, buyurub etsin, biz bu millət üçün doğru olanı, faydalı olanı usanmadan, yıxılmadan yazacağıq, dilə gətirəcəyik

Arannews - Azərbaycan Respublikasinin  millət vəkili Fazil Mustafa öz Feysbuk hesabında efirdə səsləndirdiyi “Tarixdə Azərbaycan adlı dövlət olmayıb” ifadəsinə münasibət bildirərkən deyib :

 Mənim bildiyim fakt budur ki, Azərbaycan adında ilk dövlət 1918-ci ildə yaranıb. Bunu da televiziyada dilə gətirmişəm. Bugünkü Azərbaycan Respublikasida həmin dövlətin varisidir. Əksini iddia edən, etiraz edən varsa, nümunə gətirib bizləri inandırsın. Kimsə özü üçün uydurduğu yalan tarixə, saxta qəhrəmanlara sitayiş edirsə, buyurub etsin, biz bu millət üçün doğru olanı, faydalı olanı usanmadan, yıxılmadan yazacağıq, dilə gətirəcəyik. Bunun adını təftişçilik qoysunlar, adını düşmənçilik qoysunlar, fərq etməz, bizi ağıllı, imanlı və bilgə insanların anlaması yetərlidir ”.

Millət vəkili həmçinin onu da qeyd edib ki, bu fikrinə əks arqumet gətirən olmayıb :

 Dünəndən bəri izləyirəm, bircə dənə də olsun tutarlı əks arqumentə rast gəlmədim. Verilişdə səsləndirdiyim hansısa fikri təkzib edəcək tutarlı bir dəlil ortaya qoymadılar. Gələcəkdə də bu mövzularda döşünə döyən kim varsa, Allahın yardımı ilə haqsız mövqedə olduğunu isbatlayacağımızdan əminik. bu xalq bizimdir, hamısına doğru düşüncəni aşılamaq borcumuzdur, kim nə götürər-götürməz, öz problemidir. bundan sonra da sağlam düşüncəli insanlarımızla bir yoldayıq ”.

  • Yazılıb
  • da (də) 2015 Jan 14