Tarix : 2015 Jan 13
Kod 45272

Dağlıq Qarabağ münaqişəsi müharibə olmadan həll edilə bilməz

Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilib və dünyanın bir çox aparıcı dövlətləri bu işğal faktına göz yumur

Arannews - Rusiyalı politoloq Aleksandr Xramçixin Dağlıq Qarabağ münaqişəsilə bağlı sensasiyalı açıqlama verib .

bu haqda məlumatı Ermənistanın “news.am” saytı yayıb .

 Hazırda Dağlıq Qarabağda vəziyyət göz qabağındadır. Cəbhə bölgəsində ötən ildən başlayaraq atəş səsləri intensivləşib. O bölgədə əvvəl-axır müharibə olacaq. Dağlıq Qarabağ münaqişəsi müharibə olmadan həll edilə bilməz”, - deyə rusiyalı politoloq vurğulayıb .

Qeyd edək ki, Aleksandr Xramçixinin bu bəyanatının hansı güclərə xidmət etdiyi bəlli deyil. Bəlli olan odur ki, Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilib və dünyanın bir çox aparıcı dövlətləri bu işğal faktına göz yumur .

Əslində Dağlıq Qarabağda müharibə olması təkcə rusiyalı politoloqun istəyi deyil. Bu, həm də Azərbaycan xalqının istəyidir .

Ermənilər isə artıq 20-ci ildir ki, bu bölgədə status-kvonu saxlamağa çalışırlar, çünki onlar bilirlər ki, güclü orduya və güclü iqtisadiyyata malik olan Azərbaycanla döyüşə bilməyəcəklər .

Bunu Ermənistanın bir çox siyasiləri də gizlətmir və açıq şəkildə ölkə rəhbərliyini münaqişəni həll etməməkdə ittiham edirlər .

Onların fikrincə, Dağlıq Qarabağda sülh olacağı təqdirdə, udan tərəf təkcə Azərbaycan olmayacaq, Ermənistanın özü səfalət və yoxsulluqdan çıxacaq . Bu isə Ermənistanın ayağa durması ilə nəticələnəcək. Əks halda rəsmi İrəvan Kreml və digər havadarlarından kömək gözləyə-gözləyə daha da çuxura düşəcək...

  • Yazılıb
  • da (də) 2015 Jan 13