Tarix : 2015 Jan 13
Kod 45270

Paris terroru hansısa formada Bakıda reallaşa bilərmi?

Fransada baş verənlərin Azərbaycanda təkrarı realdir

Arannews - Azərbaycan Respublikasinin Təhlükəsizlik Orqanlarının sabiq əməkdaşı Arzu Nağıyev bildirir ki, Azərbaycanda dini ayinlərin icrası, dini əqidəyə hörmət və bu kimi məsələlər qanunlarla tənzimlənir. Bundan başqa terror hadisələrinin baş verməməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Əlbəttə, 100 faiz Paris terroru Bakıda reallaşmamaqini sığortalanmaq da mümkün deyil. bu gün Azərbaycanda dini radikallaşma çoxdur . Hüquq-mühafizə orqanlarının anti-terror əməliyyatlarını keçirilməsi ilə əlaqədar qarşılıqlı əməliyyat tədbirləri planı mövcuddur. Əsas məsələ isə Suriya, İraq, Əfqanıstan və digər ölkələrdə radikal dini hərbi birləşmələrdə iştirak edərək Azərbaycana qayıdan həmin şəxslərin cəmiyyətdən təcrid edilməsi öz bəhrəsini verir və bu düzgün siyasətdir.

Milli Təhlükəsizlik Nazirliyindən verilən açıqlamada vəziyyətin nəzarət altında olduğu bildirilib: “Azərbaycan Respublikasının milli maraqlarına, mənafelərinə, təhlükəsizliyi əleyhinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir və əməliyyat şəraitinə nəzarət olunur”.

  • Yazılıb
  • da (də) 2015 Jan 13