Tarix : 2015 Jan 13
Kod 45261

“The Guardian”ın Qarabağ yanlışlığı

Britaniyanın “The Guardian” nəşri “2015-ci il tətilləri üçün ən macəralı yerlər” məqaləsində siyahıya Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ ərazisi də daxil edilib.

AranNews- məqalədə Qarabağ Ermənistanın nəzarəti altında olan, Azərbaycan tərəfindən əhatələnmiş dağlıq anklav kimi təqdim olunub.
Qeyd edilib ki, Dağlıq Qarabağ 1991-ci ildə “müstəqilliyini” elan edib, amma tanınmamış ərazidir:
“Sərhəddə baş verən toqquşmalar, əraziyə nəzarət uğrunda davamlı çəkişmələr onu göstərir ki, bu səyahət qorxaqlar üçün deyil, Amma burada çox şey təklif olunur. Ərazidə dağ monastırlar, arxeoloji abidələr, qədim mağaralar, təbii gözəllik sahələri”
Həmçinin vurğulanıb ki, “Regent Holidays” şirkətinin Ermənistana təşkil etdiyi 11 günlük tura Dağlıq Qarabağ da daxildir:
“İrəvana Kiyev və Vyanadan uça bilərsiniz, amma Britaniya səfirliyi Dağlıq Qarabağda sizə kömək göstərə bilməyəcək, ona görə də müstəqil səyahət haqqında diqqətlə düşünmək lazımdır”.
Qeyd edək ki, macəralı yerlər siyahısında Cibuti, Myanmar, Mozanbik, İraq Kürdüstanı kimi yerlər də daxil edilib.

  • Yazılıb
  • da (də) 2015 Jan 13