Tarix : 2015 Jan 12
Kod 45249

Dərbənddə yaşayan azərbaycanlılar merin istefası tələbilə mitinq keçirib

Yanvarın 10-da Rusiya Federasiyasının Dərbənd şəhərində yaşayan azərbaycanlılar mitinq keçirib.

AranNews- in məlumatına görə, azərbaycanlılar şəhərin qədim Baba Məscidinin meydanına yığışaraq son günlər şəhərdə baş vermiş olaylara öz etirazını bildirib.
Mitinqdə çıxış edənlər Dərbənd şəhər meri İmam Yaraliyevin istefasını tələb edib.
Dərbənd azərbaycanlıları bu şəhərdəki Nizami Gəncəvinin heykəlinin yandırılması, Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyevin heykəlinin sındırılması, tanınmış din xadimi Seyid Mir Qafar ağanın qəbrinin təhqir edilməsinə görə şəhərin meri Yaraliyevi suçlayıblar.
Aksiya iştirakçıları şəhər merindən Dərbənddə ocial problemlərin həll edilməsini də tələb ediblər.
Mitinq keçirilən ərazi polis və OMON-nun mühasirəsində olsa da, aksiyaya müdaxilə edilməyib.

  • Yazılıb
  • da (də) 2015 Jan 12