Tarix : 2015 Jan 11
Kod 45240

Azərbaycan hərbçiləri Əfqanıstana yola salınıb

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mərasim iştirakçıları əsgərlərimizə uğurlar arzulayıb, Azərbaycanı layiqincə təmsil etməyi tövsiyə ediblər.

AranNews- "N" saylı hərbi hissədə Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 39 nəfərdən ibarət qrupunun plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yolasalma mərasimi keçirilib.
Yeni tapşırığa əsasən sülhməramlılarımız Kabul şəhərindən yerləşən Beynəlxalq Hava Limanını qoruyacaqlar.
Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 94 hərbi qulluqçusu, iki hərbi həkimi və iki mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.

  • Yazılıb
  • da (də) 2015 Jan 11