Tarix : 2015 Jan 10
Kod 45225

MİRAS Gənclərin Beynəlxalq Mədəni İrs və Turizm Forumu elan edib

Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Gənclərin Beynəlxalq Mədəni İrs və Turizm Forumunu elan edib.

AranNews- forum “Araşdır, qoru və təbliğ et!” şüarı ilə keçiriləcək. Tədbirə müxtəlif ölkələrdən yaşı 35-ə qədər olan gənclər dəvət olunurlar.
Forumdan məqsəd gəncləri bir araya gətirərək ölkələr arasında mədəniyyət, mədəni irsin qorunması və öyrənilməsi, turizm və onun yeni sahələri istiqamətində əməkdaşlıq perspektivlərini genişləndirmək, yeni ideyaların mübadiləsinə və uğurlu təcrübələrin geniş tətbiqinə nail olmaqdır.
Mədəni irs və turizm sahəsində fəaliyyəti olan, ideya və təcrübələrini paylaşmaq, yeni əlaqələr qurmaq istəyən gənclər Forumda məruzəçi kimi çıxış edəcəklər. Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan, Rusiya, İtaliya, Makedoniya, Hindistan, Fransa, Almaniya, İspaniya, Misir və başqa ölkələrdən olan gənclər də forumda iştirak edə bilərlər.
Mədəni irs və turizm sahəsində yeni ideyalar, metod və konsepsiya, anlaşma təklifləri, uğurlar və müvəffəqiyyətsizliklərin təhlilini nəzərdə tutan işlər də qəbul olunur.

  • Yazılıb
  • da (də) 2015 Jan 10